“Tottenhem”də ciddi itki - Yarımmüdafiəçi əməliyyat olunacaq

"Tottenhem"də ciddi itki - Yarımmüdafiəçi əməliyyat olunacaq
Kateqoriya məlum deyil
T

“Tottenham Hotspur” klubu yarımmüdafiəçi Xavi Simonsun ön çarpaz bağlarının (ACL) yırtılması səbəbindən sağ dizindən əməliyyat olunacağını açıqlayıb.

 

Sfera.az xəbər verir ki, futbolçu zədəni şənbə günü “Tottenham Hotspur”un “Wolverhampton Wanderers” üzərində 1:0 hesablı qələbə qazandığı oyunda alıb.

 

Simons qarşılaşmanın 63-cü dəqiqəsində xərəkdə meydanı tərk edib.


Klubun yaydığı rəsmi açıqlamada bildirilib ki, futbolçu yaxın həftələrdə əməliyyat olunacaq və bundan sonra tibbi heyətin nəzarəti altında reabilitasiya prosesinə başlayacaq.

 

Niyaz Hacıyev 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR