Bərdədə yük və minik avtomobilləri toqquşdu - Ölən var

Bərdədə yük və minik avtomobilləri toqquşdu - Ölən var
Kateqoriya məlum deyil
T

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, qəza ötən gecə rayonun Gərənə kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, rayon sakini, 2005-ci il təvəllüdlü Yadigar Rəhimov idarə etdiyi “VAZ-2106” markalı, 09-BK-349 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə hərəkətdə olarkən “KamAZ” markalı yük avtomobili ilə toqquşub.

 

Qəza nəticəsində minik avtomobilinin sürücüsü Y.Rəhimov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

 

Faktla bağlı araşdırma aparılır./Trend

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR