"Büdcədə qeyri-neft sektorunun payı artacaq" - Vüqar Bayramov

"Qlobal iqtisadiyyatdakı volatilliyə baxmayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatlar nəticəsində 2025-ci ildə Azərbaycan iqtisadiyyatı artım tempini qoruyub saxladı. İqtisadi inkişafda ən vacib məqamlardan biri artımın qeyri neft-qaz sektoru hesabına əldə edilməsidir. Bu o deməkdir ki, qeyri neft-qaz sektoru Azərbaycan iqtsiadiyyatının əsas drayverinə çevrilməkdədir".
Sfera.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, ötən il iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz azalsa da, qeyri neft-qaz sektorunda 2,7 faiz artıb:
"Sənayedə qeyri neft-qaz sektorunun artım tempi daha yüksək olub. Ötən il sənayenin qeyri neft-qaz sektorunda isə 5,5 faiz artm qeydə alınıb. Enerji bazarlarındakı volatilliyə rəğmən, qeyri neft-qaz sektorundakı artım iqtisadi inkişafın dayanıqlığını gücləndirməkdədir. Bu cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan dərinləşmiş islahatların nəticəsidir. İslahatlar iqtisadiyyatın şaxələndirilməsi prosesini də sürətləndirməkdədir. 2026-cı ildə qeyri neft-qaz sektoru büdcə gəlirlərinin 57, ÜDM-in isə təxminən 70 faizini formalaşdıracaq. Bu isə iqtisadi artımda qeyri neft-qaz sektorunun əsas drayverə çevrilməsindən xəbər verir.
2025-ci ildə Azərbaycanın strateji valyuta ehtiyatları 14 milyard dollar və ya 19,8% artaraq 85,1 milyard ollara çatıb. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları 5,1% artaraq ilin sonunda 11,5 milyard dollar təşkil edib. Azərbaycan dünyada az saylı dövlətlərdəndir ki, valyuta ehtiyatları ÜDM-i üstələyir. Valyuta ehtiyatlarımız ÜDM-dən 12 faiz çoxdur və bu regional geo-siyasi təhdiddləri artdığı dövrdə ciddi təhlükəsilik yastığıdır".
Millət vəkili qeyd edib ki, 2025-ci il eyni zamanda 3 milyondan çox vətəndaşımızı əhatə edən sosial paketin icrası ilə yadda qalıb:
"Cənab Prezidentin rəhbərliyi ilə realaşan sosial paketin icrasına əlavə olaraq 1.4 milyard manat vəsait ayrıldı.
Hökumət ilə qanunverici orqan arasında əməkdaşlıq platforması 2025-ci ildə də güclənmişdir. Təmsil olunduğum iqtisadi və sosial istiqamətlər üzrə profil dövlət qurumları müraciətlərimizi çevik cavablandıraraq göndərdiyimiz soğrulara dəstək olmağa çalışırlar. Milli Məclisin sədri professor Sahibə Qafarovanın tapşırığı ilə təşkil edilən ictimai dinləmələr isə hökumət-parlament əməkdaşlıq platformasını daha da gücləndirmişdir.
2025-ci il həmçinin keçmiş məcburi köçkünlərin öz tarixi yurdlarında intensiv məskunlaşması ilə yadda qaldı. Milli Məclisdə təmsil etdiyim Füzuli rayonu daxil olmaqla Qarabağ və Şərqi Zəngəzur cənab Prezidentin rəhbərliyi ilə bərpa edilir və yenidən qurulur. Dövlət büdcəsindən işğaldan azad olunan ərazilərimizin bərpasına 22 milyard manatdan çox vəsait ayrılıb və bu il bu istiqamətə ən azı 3.5 milyard manat yönəldiləcək".
Firuzə Əliyeva
Sfera.az






