Netanyahu: "Radikal islam dünya üçün təhlükədir"

Netanyahu: "Radikal islam dünya üçün təhlükədir"
Kateqoriya məlum deyil
T

Binyamin Netanyahu radikal islamın dünya üçün böyük təhlükə olduğunu bildirib və beynəlxalq ictimaiyyəti bu məsələdə daha fəal olmağa çağırıb.

 

Sfera.az xəbər verir ki, İsrail baş nazirinin sözlərinə görə, sünni və şiə radikal qrupları qlobal təhlükəsizlik üçün ciddi risk yaradır. Netanyahu qeyd edib ki, bu təhlükənin öz-özünə aradan qalxacağını gözləmək mümkün deyil.

 

O bildirib: “Digər ölkələr də Orta əsrlərə qayıtmaq istəyir. Radikal islam, istər sünni, istərsə də şiə bütün dünya üçün böyük təhlükədir. Bunun öz-özünə həll olunacağını deyə bilmərik. Düşmənlərimizə qarşı əməliyyatları davam etdiririk”.

 

Açıqlama İran ilə İsrail arasında qarşılıqlı hücumların davam etdiyi bir vaxtda səsləndirilib. Netanyahu çıxış etdiyi vaxt İrandan İsrailə doğru çox sayda raket buraxıldığı bildirilib. Hücum səbəbindən əvvəlcə mobil telefonlara xəbərdarlıq siqnalları göndərilib, daha sonra paytaxt Tel-Əviv başda olmaqla ölkənin bir sıra şəhərlərində hava hücumu xəbərdarlıqları səslənib.

 

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR