Məşhur sosial media fenomeni9-cu dəfə ana oldu

Məşhur sosial media fenomeni9-cu dəfə ana oldu
Kateqoriya məlum deyil
T

Sosial mediada böyük ailə həyatlarını paylaşan analar son illərdə milyonlarla izləyici toplayıblar. "Momfluencers" kimi tanınan məzmun yaradıcıları arasında ən məşhur adlardan biri “Ballerina Farm” hesabının siması Hannah Neelemandır. 

 

Sfera.az bildirir ki, reseptləri, qəsəbə həyatı və uşaqları ilə gündəlik həyatını paylaşan Neeleman bu dəfə doqquzuncu körpəsini qucağına alıb. 

 

35 yaşlı Hannah Neeleman yeni doğulmuş körpəsi qucağında “İnstaqramd”a paylaşdığı videoda izləyicilərinə müraciət edib. O, xəbəri:m"Dünən gecə ailəmizə yeni bir üzv qoşuldu. Doqquzuncu körpəmizi qarşıladıq"-sözləri ilə elan edib. O, həmçinin paylaşımında: "Bu mükəmməl möcüzəni ailəmizə qəbul edə bildiyimiz üçün inanılmaz dərəcədə minnətdarıq”, əlavəsini edib. 

 

Yeni doğulmuş körpəsinin qız olduğunu deyən fenomen hələ ad seçilmədiyini də qeyd edib. Hannah və həyat yoldaşı Daniel Neelemanın doqquz uşaqlı böyük bir ailəsi var. Üç oğlu Henri, Çarlz və Corcdan sonra 6 qızı doğulan cütlüyün sonbeşiyi də qızdır.


Sosial Mediada fenomen olan gənc ana həmçinin Güclü Bir Brend yaradıcısıdır.

 

Juilliard təhsili almış keçmiş balerina Hannah Neeleman, “Miss American” titulunu qazandıqdan sonra, Yuta ştatındakı böyük rançosunda yoldaşı Daniel Neeleman ilə yaşamağa başlayıb. 328 akr ərazidə inşa edilən “Ballerina Farm” tezliklə internet fenomeninə çevrilib.

 

Kənd həyatını romantik bir Amerika ferması həyatı kimi təqdim edən məzmun milyonlarla insan tərəfindən izlənilir. Evdə hazırlanmış yeməklər, uşaqlarla gündəlik anlar, təbiət və istehsal mövzulu paylaşımlar brendin əsasını təşkil edir. “Ballerina Farm” həmçinin müxtəlif qida məhsulları və mətbəx əşyaları satan kommersiya müəssisəsinə çevrilib.

 

Daniel Neeleman sahibkarlıqla məşğul ailədən gəlir. Atası David Neeleman “JetBlue” da daxil olmaqla bir neçə aviaşirkətin qurucusu kimi tanınır. Ailənin ümumi sərvətinin yüz milyonlarla dollar olduğu təxmin edilir. 


Hannah Neelemanın doqquzuncu körpəsinin dünyaya gələcəyini elan etməsi minlərlə təbrik mesajı ilə qarşılanaa da, tənqidi şərhlər sosial mediada tez bir zamanda yayııb. Bəzi istifadəçilər narahatlıqlarını ifadə edərək Hannahın parlaqlığının azaldığını bildirirlər.

 

Hələlik Neeleman ailəsi bütün mübahisələri geridə qoyub yeni doğulmuş körpəyə diqqət yetirməklə məşğuldurlar.

 

Aynil

 

Gallery image 1
Thumbnail 1
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR