Allergiya xərçəngdən qoruyur? - TƏDQİQAT

Allergiya xərçəngdən qoruyur? - TƏDQİQAT
Kateqoriya məlum deyil
T

Allergik xəstəlikləri olan insanların daha güclü immun sisteminə malik olduğu və bu səbəbdən xərçəngə qarşı daha davamlı ola biləcəyi fikri cəmiyyətdə geniş yayılıb. Lakin epidemiologiya, immunologiya və onkologiya sahələrində aparılan elmi araşdırmalar göstərir ki, bu yanaşma tam doğru deyil.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, məlumatlara əsasən, allergiya immun sisteminin “güclü” olmasından çox, onun fərqli şəkildə işləməsi deməkdir. Müxtəlif ölkələrdə aparılan genişmiqyaslı tədqiqatlar allergik xəstəlikləri olan insanlarda bütün xərçəng növlərinin daha az yayıldığını təsdiqləmir. Yəni təkcə allergiyanın mövcudluğu xərçəng riskini azaldan universal amil hesab olunmur. Bəzi araşdırmalarda allergik rinit kimi hallar müəyyən xərçəng növləri ilə daha aşağı risk əlaqəsi göstərə bilər.

 

Ancaq eyni nəticə bütün xərçəng növləri üçün keçərli deyil. Hətta bəzi hallarda müəyyən xəstəlik qruplarında risk artımı da müşahidə oluna bilər. Buna görə də alimlər allergiya ilə xərçəng arasında “ümumi qoruyucu təsir” anlayışını qəbul etmirlər.

 

Tədqiqatlar əsasən iki bioloji mexanizm üzərində cəmləşir:

 

İmmun nəzarət nəzəriyyəsi – Allergik şəxslərdə daim aktiv olan immun sisteminin anormal hüceyrələri daha erkən aşkar edə biləcəyi ehtimal olunur. Bu səbəbdən bəzi xərçəng növlərində daha aşağı risk mümkün hesab edilir. Xroniki iltihab təsiri-Uzunmüddətli və davamlı immun reaksiyası toxumalarda xroniki iltihaba səbəb ola bilər. Bu isə bəzi xərçəng növlərinin inkişafı üçün əlverişli bioloji zəmin yarada bilər. Alimlər vurğulayırlar ki, bu iki mexanizm insandan insana və xəstəlikdən xəstəliyə dəyişir. Astma, ekzema, qida allergiyası və ot qızdırması eyni başlıq altında toplansa da, immun sisteminə təsirləri fərqlidir və xərçənglə əlaqələri də eyni deyil.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR