Xabi Alonso “Marsel”i rədd etdi

"Real Madrid"in sabiq baş məşqçisi Xabi Alonso Fransanın "Marsel" klubundan aldığı təklifi geri çevirib.
Sfera.az xəbər verir ki, ispaniyalı mütəxəssis Liqa 1 təmsilçisinin “xaoslu” idarəetmə mühiti və qeyri-sabit layihəsi səbəbindən bu variantı uyğun hesab etməyib. “Santyaqo Bernabeu”dakı qısa müddətli fəaliyyətindən sonra Alonso daha uzunmüddətli və sabit idman strategiyasına malik klubda çalışmaq niyyətindədir. Digər tərəfdən, hazırda Liverpul klubunda baş məşqçi postunda çalışan Arne Slot üzərində təzyiqlərin artdığı bildirilir.
Bu isə gələcəkdə Mersisayd təmsilçisində mümkün dəyişiklik ehtimalını gündəmə gətirir.
Qeyd edək ki, Alonso daha əvvəl futbolçu kimi də “Liverpul”un formasını geyinib və klub azarkeşləri arasında xüsusi nüfuza malikdir. Bu baxımdan, onun İngiltərəyə qayıdışı istisna edilmir.
Niyaz Hacıyev
Sfera.az





