Tramp Azərbaycan və Ermənistan liderlərinə minnətdarlıq etdi

Kateqoriya məlum deyil
T
32 il davam edən münaqişəyə 24 saat ərzində son qoyduq. Azərbaycan və Ermənistan liderlərinə sülhə doğru getdikləri üçün minnətdarlığımı bildirirəm.
Sfera.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp “Sülh Şurası”nın ilk iclasında çıxışı zamanı deyib.
"Mən düşünürəm ki, artıq dostlaşmısınız. Bu iki insan çox sərtdir və onlar arasında sülh yaratmaq elə də asan olmadı. Ofisimdə görüş başlayanda masanın əks istiqamətlərində əyləşmişdilər. Mən onlara yaxın oturmağa təklif etdim. Bir saatdan sonra yanbayan oturduq, əllər sıxıldı", - deyə qeyd edib.






