Bu şənbə ABŞ İrana hücum edəcək? - AÇIQLAMA

ABŞ Milli Təhlükəsizlik Aparatının əməkdaşlarıPrezident Donadl Trampa məlumat veriblər ki, ordu şənbə günü İrana mümkün zərbələrə hazırdır.
Sfera.az "CBS News"a istinadən xəbər verir ki, mənbə hələlik yekun qərarın verilmədiyini vurğulayıb. Qeyd olunur ki, Ağ Ev potensial hücumdan eskalasiya risklərini, həmçinin siyasi və hərbi çəkinməni qiymətləndirir. Daha əvvəl "Axios" portalı da oxşar iddia ilə çıxış etmişdi.
Mövzu ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov bildirib ki, bu iddialar sadəcə İranı qorxutmaq məqsədli də ola bilər. Başqa sözlə, oxşar məzmunlu məlumatları davam edən informasiya müharibəsinin tərkib hissəsi kimi də qiymətləndirmək olar.

Onun sözlərinə görə, Tehranla Vaşinqton arasında nüvə dosyesi ilə bağlı danışıqlar gedir:
“Dialoq pəncərəsi açıqdır, müzakirələr davam edir. Fikrimcə, hər iki tərəf müzakirələrə konstruktiv yanaşırlar. Buna baxmayaraq, prosesdən maksimum qazanclı çıxmağa, İran isə minimum güzəştə getməyə çalışır. Belə bir şəraitdə ABŞ İrana təzyiq mexanizmlərini qorumağa çalışır. İran hər nə qədər buna hazır olduğunu desə də, ABŞ ilə müharibə ona sərf etmir. Bu, İran üçün ağır nəticələrlə yadda qala bilər. Heç ABŞ də müharibə istəmir. Ən azından ona görə ki, İran Ərəb dünyası ilə əlaqələr üçün ABŞ-yə lazım ola bilər. Əgər ABŞ İranla bütün körpüləri yandırmaq istəsə idi, bunu çoxdan edər, İsraillə 12 gün davam edən müharibəni dayandırmazdı. Hazırkı situsiyada ABŞ həm İsraili, həm də İranı idarəetməyə çalışır”.
Siyasi şərhçinin fikrincə, mümkün eskalasiya ABŞ üçün hələ A variantı deyi: “
"Vaşinqton buna getməzdən əvvəl Tehranın "nəbzini yoxlayacaq". ABŞ yalnız İranın destruktiv mövqeyindən əmin olandan sonra silahları işə salacaq. Düşünürəm ki, ABŞ mümkün qədər tez nəticə əldə etməyə, İran isə bacardığı qədər vaxt qazanmağa çalışacaq”.
Firuzə Əliyeva
Sfera.az






