Məşhur serial yenidən ekranlaşdırılacaq

Türk televiziya tarixinin ən çox izlənilən komediya seriallarından biri olan “Akasya Durağı”nın yenidən ekranlara qayıdacağı iddia olunur.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumatlara görə, layihə orijinal yayımdakı məşhur aktyor heyəti ilə yenidən çəkilə bilər.
Serial ilk olaraq “Kanal D”də yayımlanıb, daha sonra isə “Star TV” ekranlarında tamaşaçılarla görüşüb. Uzun müddət reytinq siyahılarında ön sıralarda yer alan layihə geniş və sadiq izləyici auditoriyası qazanmışdı. Hazırda serialın səhnələri sosial mediada tez-tez paylaşılır və təkrar bölümləri də maraqla izlənilir. İddialara əsasən, “Akasya Durağı” 15 il əvvəlki əsas aktyor heyəti ilə yenidən çəkiləcək.
Layihənin hansı kanalda yayımlanacağı və ekranlara nə vaxt qayıdacağı hələlik açıqlanmayıb. Serialın istehsalına hazırlıqların başladığı bildirilsə də, məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Fidan Hacızadə
Sfera.az






