Azərbaycan ABŞ silahları alacaq? – Tarixi sənədin detalları

Azərbaycan ABŞ silahları alacaq? – Tarixi sənədin detalları
Kateqoriya məlum deyil
T

ABŞ Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın əhatə dairəsini daha da genişləndirmək niyyətindədir. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin vitse-prezidenti Cey Di Vensin birgə imzaladıqları Strateji Tərəfdaşlıq Xartiyasının mətnində qeyd olunub. Hər iki tərəf regionda sabitliyin qorunması, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində ortaq addımların atılacağını vurğulayıb.


Bəs görəsən, yeni münasibətlər çərçivəsində Azərbaycan gələcəkdə ABŞ silahları ilə silahlanmaq imkanına malik olacaqmı?


Politoloq Zaur Məmmədov Sfera.az-a açıqlamasında bildirib ki, söhbət Azərbaycan və ABŞ arasında hərbi-siyasi tərəfdaşlıqdan gedir. Onun sözlərinə görə, Azərbaycan sərhəd xidmətinin möhkəmləndirilməsi, Xəzər dənizində müxtəlif katerlərin, gəmilərin alqı-satqısında ABŞ-Azərbaycan arasında müəyyən əməkdaşlıq var idi:

 


“Bu əməkdaşlıq məhdud şəkildə idi. Yeni mərhələnin qədəm qoyması bölgədə avtomatik olaraq Vaşinqtonun Cənubi Qafqazdakı varlığını genişləndirib. Vensin İrəvan və Bakıya səfərini də bunun nəticəsi kimi dəyərləndirə bilərik. Bu səfər adi bir hal deyil. Bu, xüsusi bir haldır. Sonuncu dəfə Azərbaycana ABŞ-nin vitse-prezidenti nə vaxt gəlmişdi yaddan çıxıb. Ermənistan tarixində ümumiyyətlə bu olmayıb və ilk hadisə idi”.


Politoloq qeyd edib ki, bu artıq təhlükəsizliklə bağlı tədbirlərin gücləndirilməsi deməkdir:

 

“Elə Xəzər dənizindən başlayaraq, sərhədlərdən başlayaraq biz bunu hiss edə biləcəyik. Təbii ki, iki ölkə arasında hərbi-texniki əməkdaşlıqdan söhbət gedirsə, bu əməkdaşlığın gücləndirilməsindən söhbət gedirsə, bu avtomatik olaraq ABŞ-nin siyasi istiqamətdə də dəstəklənməsini labüd edir. Bu isə təhlükəsizlik mexanizmləri üçün xüsusi katerlərin yaranması demək olacaqdı. Hər halda tələsmək lazım deyil. Gələcək hadisələr mexanizmlərin nədən ibarət olduğunu göstərəcək. İndiki halda isə biz regionda və region ətrafında kommunikasiyaların müdafiəsi ilə bağlı və iqtisadi əməkdaşlıqla bağlı xüsusi layihələrə şahidlik edə bilərik”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR