Şəmsi Səmədzadə həbs olundu

Şəmsi Səmədzadə həbs olundu
Kateqoriya məlum deyil
T

Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) saxlanılıb.

 

Sfera.az “demokrat.az”a istinadla xəbər verir ki, Şəmsi Səmədzadə Gürcüstan ərazisində saxlanılaraq, həbs olunub.

 

Azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq. Məlumatı Şəmsi Səmədzadənin ailəsi də Demokrat.az-a təsdiqləyib.


Xatırladaq ki, Şəmsi Səmədzadə müstəqilliyin ilk illərində Azərbaycanda tanınmış bir sahibkar olub. O, 2000-ci ildə, yəni 36 yaşında həbs edilərək, ömürlük cəzaya məhkum edilib.
 

Şəmsi Səmədzadə Prezidentin əfv Sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR