İqbal Ağazadə özünə 3 müavin təyin etdi
01:44 / 04.02.2016
755
Ümid Partiyasının sədri İqbal Ağazadə bu gün bir neçə sərəncam imzalayıb.
“Qafqazinfo”ya daxil olan məlumata görə, partiya sədrinin imzaladığı sərəncamlara əsasən Xanlar Nüsrət oğlu Abbasov Gənclərlə iş üzrə sədr müavini, Qədir Xıdır oğlu Aslanov İnsan hüquqları və əsas azadlıqların qorunması üzrə sədr müavini, İsmayıl Mirzakir oğlu Mirzəcanov İnzibati ərazi və Bələdiyyə məsələləri üzrə sədr müavini təyin ediliblər.