Bakı metrosunda tüstülənmə - Bəzi sərnişinlərin ürəyi gedib... +Fotolar
21:06 / 15.03.2017
1954
Bir neçə dəqiqə əvvəl Bakı metrosunda problem yaranıb.
Bu barədə "Qafqazinfo"ya sərnişinlər məlumat verib. Həzi Aslanov istiqamətində hərəkət edən qatar "28 May-Gənclik” stansiyaları arasında tuneldə dayanıb.
Məlumata görə, qəfil tüstülənmə vaqonu bürüyüb, huşunu itirənlər də var.
Sərnişinlər təxliyyə olunub.
***
"Bakı Metropoliteni"nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlamasında bildirib ki, "28 May-Gənclik” stansiyaları arasında tuneldə tüstülənmə baş verib:
"Qatarların hərəkətində heç bir problem yoxdur. Hazırda qurumun işçiləri tuneldə tüstülənmənin səbəbini araşdırır. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək".