Dəmir çubuq beynini deşərək keçsə də sağ qalan adam - FOTO

Dəmir çubuq beynini deşərək keçsə də sağ qalan adam - FOTO

Təsəvvür edin ki, beyninizə dəmir çubuq vurulub və sağ qalmısınız. Qeyri-mümkün səslənir, elə deyilmi? Lakin 1848-ci ildə qatar yolunun tikintisi ilə məşğul olan 25 yaşlı Phineas Gage (Qeyc) məhz bunu yaşayıb. O, nəinki bu inanılmaz qəzadan sağ çıxıb, hətta, bu, elm aləmində inqilabi işin başlanğıcı olub. 

 

Sfera.az bu maraqlı hekayəni sizə təqdim edir. 

 

Phineas Qeycin başına gələnlər adi bir iş günündə qəflətən baş verib. Partlayış nəticəsində əlindəki dəmir çubuq sol gözünün altına girərək kəllə sümüyündən çıxıb və 25 metr kənara düşüb.

 

Onun sol frontal lobunun demək olar ki, tamamilə zədələnməsinə baxmayaraq, Qeyc tez ayağa qalxıb kömək üçün gedə bilib.

 

Onun həkimi Edvard Uilyams bu hadisəni möcüzə hesab edirdi. Ölümcül yarasına baxmayaraq, Qeyc danışa və hərəkət edə bildi.

 

Phineas Qeyc fiziki cəhətdən sağalsa da, qəzadan sonra tamamilə fərqli bir insana çevrilib. Qeyci tanıyanlar onun əvvəllər mehriban və məsuliyyətli insan olduğunu, lakin qəzadan sonra əsəbiləşdiyini, söyüş söyən və aqressiv xarakterə malik olduğunu deyirdilər.

 

Buna səbəb onun beynindəki prefrontal korteksin ciddi zədələnməsi olub. Bu bölgə şəxsiyyətimizin və sosial davranışımızın idarə olunduğu bir mərkəz kimi tanınır.

 

Phineas Qeycin işi nevrologiya sahəsində dönüş nöqtəsi oldu. Dr. Con Martin Harlovun hesabatları sayəsində beyin travmaları ilə şəxsiyyət dəyişiklikləri arasındakı əlaqə ilk dəfə olaraq elmi şəkildə nümayiş etdirildi.

 

Mütəxəssislərin fikrincə, Qeycin qəzadan sağ çıxma ehtimalı 10 milyonda birdir. Dr. Con Van Horn və onun komandası tərəfindən aparılan ətraflı araşdırmalar da belə bir qəzada sağ qalma ehtimalının nə qədər az olduğunu elmi şəkildə təsdiqləyib.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmək istəyir

Azərbaycan Dəməşqdəki səfirliyin fəaliyyətini bərpa etmək istəyir.   Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan...

Hakan Fidan: Azərbaycan ən çətin günlərimizdə yanımızda olub

Azərbaycan ən çətin günlərimizdə yanımızda olub.   Sfera.az xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yanvarın 18-i azə...

Azərbaycan XİN başçısı türkiyəli həmkarını delimitasiya prosesi barədə məlumatlandırdı

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov türkiyəli həmkarını delimitasiya prosesi barədə məlumatlandırıb.   Sfera.az xəbər verir ki, nazir C.Ba...

Zirədə istixanadan 5 min manatdan çox oğurluq oldu

Bakının Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən istixanadan 5 min manatdan çox oğurluq olub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirli...

Zaur Əliyev yeni vəzifəyə seçildi

Bu gün Azərbaycan Üzgüçülük Federasiyasının ümumi yığıncağı keçirilib.   Sfera.az xəbər verir ki, yığıncaqda Federasiyanın İcraiyyə Komitəsinin tərki...

İsrailin mərkəzi bölgələrində həyəcan siqnalı verildi

İsrailin mərkəzi rayonlarında raket təhlükəsi barədə xəbərdarlıq edən hava həyəcanı sirenləri işə düşüb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, ...