Azərbaycan–İran sərhədində NÖVBƏTİ ZƏLZƏLƏ OLDU
![Azərbaycan–İran sərhədində NÖVBƏTİ ZƏLZƏLƏ OLDU](https://sfera.az/photo/orginal/2025/01/07/1736220846_1736195667_5467502374810676798.jpg)
Hadisə
07:31 / 07.01.2025
4130
Azərbaycanın İranla sərhədyanı bölgəsində 3,6 maqnitudalı zəlzələ olub.
Sfera.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Yardımlı stansiyasından 16 km şimalda, Azərbaycanla-İran sərhədində (İran ərazisində) zəlzələ qeydə alınıb. Zəlzələ Yardımlı, Cəlilabad rayonlarında 3 baldan artıq hiss olunub.