İnternet-asılılıq nə dərəcədə təhlükəlidir?

İnternet-asılılıq nə dərəcədə təhlükəlidir?

İnternet-asılılıq - psixi pozuntu, daima İnternetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olmasıdır. Müasir dövrdə internet-asılılıq çox geniş müzakirələrə səbəb olsa da, onun statusu hələlik qeyri-rəsmidir. Belə ki, internet-asılılıq bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına (DSM-IV) daxil edilməmişdir. İnternet-asılılığın 5 tipi mövcuddur: 1. Oyun asılılığı - obsessiv (təkrarlanan) onlayn kompüter oyunları oynamaq cəhdidir. 2. Virtual tanışlıqlar və ünsiyyət - müxtəlif sosial şəbəkələrdən asılılıqdır, virtual dünyada ünsiyyətlər. 3. Təkrarlanan veb-sörfinq - İnternet saytlara səyahətdir, bir linkdən (sürgündən) başqasına məqsədsiz keçid. 4. Kiberseksual asılılıq - pornosaytlara daimi baş çəkmə və virtual sekslə məşğuliyyətə cəhddir. 5. Maliyyə asılılığı - internet mağazaları vasitəsilə lazımsız alış-veriş etmək ehtiyacıdır.İnternet asılılığının psixoloji xüsusiyyətləri:- elektron poçtun tez-tez yoxlaması;- vaxtın hiss edilməməsi, nə vaxt ki, insan kompüter arxasındadır;- real həyatdaki ünsiyyətlə müqayisədə on-line ünsiyyətinə üstünlüyün verilməsi;- şəbəkədə uzun müddət qalmağa görə ailənin və dostların şikayətləri;- kompüter seansını sərbəst bitirməyin mümkünsüzlüyü;- qeyri-müntəzəm qidalanma, kompüter monitorun qarşısında yemək;- yorğunluğun yaranması, qıcıqlanmalar, əhval-ruhiyyənin azalması- internet-asılılığın mövcudluğunun inkarıİnternet-asılılıq yalnız insanın psixikasına pis tesir etmir, onun ictimai durumu, həmçinin fiziki sağlamlığı pozulur: komputer arxasında daimi oturmağına görə, doyunca yatmamaq, orqanizmin tükənməsi, qeyri-müntəzəm qidalanma - xroniki yorğunluğa səbəb olur. Oturaq həyat tərzi dayaq-hərəki aparatının xəstəliklərinə, gözlərin həddindən artıq yüklənməsi görmənin pisləşməsinə səbəb olur.İnternet-asılılığının nəticələri:- sosial statusun itməsi- ailədə daimi münaqişələr- əhəmiyyətli pul borcları DİQQƏT! İnternet-asıllılıq şəxsiyyətin pozulmasına aparır.Bəli, bu gün hər birimizin İnternetdən istifadə etməyi zəruridir, lakin düzgün istifadə etməliyik. Buna görə də, internetin müsbət və mənfi tərəflərini bilməliyik.D. Mendeleyevin gözəl bir kəlamı var: "Həyatda ziyanlı heç bir şey yoxdur, ziyanlı həcm var".İnternetdən asılı vəziyyətə düşənlərin əksəriyyətinin yeniyetmə və gənclər olduğuna görə valideynlər daha diqqətli olmalı və düzgün münasibət göstərməlidirlər.Valideyn nə etməli ?- Uşağın hər bir stressli, agressiv, qəyri-normal davranışına sakit agressiyadan uzaq olan bir münasibət göstərməlidir.- Yadınıza öz yeniyətməlik dövrünüzü salın.- Bu mərhələdə uşaqla valideyn yox, dost olmaq zəruridir.- Uşağın hissləri ilə maraqlanın, problem yaşananda tənbeh etməyin, günahlandırmayın. Düzgün çıxış yolu axtarmağaçalışın.Kimə müraciət etmək lazımdır?İnternet aludəçisinin ciddi müalicəyə ehtiyacı olduğu üçün psixoloqa müraciət etmək vacibdi. İnternet-asılılığın müalicəsində psixoterapiyadan istifadə olunur.

faktxeber.com

OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...