Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri - YENİLƏNİB - FOTO
12:42
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə "Airbus" şirkətinin müdafiə və kosmik sistemlər üzrə icraçı vitse-prezidenti Nikolya Şamosi ilə görüşüb.
----------
12:26
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə "Credit Agricole SA" şirkətinin baş direktoru Ksavye Musca ilə görüşü olub.
-----------
11:47
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Parisdə "CIFAL" qrupun prezidenti Jil Remi ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə ikitərəfli əməkdaşlığın perspektivləri, həmçinin hərbi-texniki sahədə gəmilərin hazırlanması ilə bağlı fikir mübadiləsi aparıldı.
X X X
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə DCNS şirkətinin prezidenti Erve Qiyu ilə görüşüb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə DCNS şirkəti arasında 2004-cü ildən əməkdaşlığın həyata keçirildiyi bildirildi. Müxtəlif dizaynlı və təyinatlı gəmilərin hazırlanması ilə bağlı bir sıra layihələrin reallaşdırıldığı qeyd edildi, Bakı gəmiqayırma zavodu ilə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulandı.
----------
11:23
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə "SUEZ" qrupun baş direktorunun müavini, həmçinin MEDEF-in vitse-prezidenti xanım Marie-Ange Debon ilə görüşü olub.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə "SUEZ" qrup arasında müəyyən sahələrdə əməkdaşlığın həyata keçirildiyi, bir sıra layihələr üzərində iş getdiyi bildirildi. Bakının yağış sularından təmizlənməsi və digər layihələrlə bağı məsələlər müzakirə olundu, bu işlərin davam etdirilməsinin məqsədəuyğunluğu bildirildi.
X X X
Fransa Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də "Vivaction" şirkətinin prezidenti Rişar Mari ilə görüşüb.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
------------------
12.03.2017
19:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də Fransa Respublikasına rəsmi səfərə gəlib.
Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Fransanın yüksək vəzifəli rəsmi şəxsləri qarşıladılar