Ərdoğanın səfərindən sonra “Türk axını”ndan başqa sahələrdən heç bir irəliləyiş olmayacaq
Bu barədə politoloq Mübariz Əhmədoğlu Ölkə.Az-a Ərdoğanın Moskva səfərinə şərh verərkən bildirib. Onun sözlərinə görə, Görüş çərçivəsində, "Türk axını”ndan başqa sahələrdən heç bir irəliləyiş olmayacaq.
"Bu gün Türkiyə prezidentinin Rusiya səfəri ərəfəsində rus vətəndaşlarının uçduğu vertolyot Türkiyədə qəzaya uğradı. Kim nə deyir desin, Rusiyada uzun müddət fikirləşəcəklər ki, bu qəza adi hadisə deyil. Düşünəcəklər ki, bu xüsusi təşkil olunmuş bir şeydir. Ona görə də, iki dövlət arasında şübhə elementləri çox güclüdür. Lakin bu görüş hər iki ölkə üçün çox vacib idi. Görüş çərçivəsində, "Türk axını”ndan başqa sahələrdən heç bir irəliləyiş gözləmirəm. Ola bilər, 15-20 faiz irəliləyiş Türkiyə məhsullarının, xüsusən kənd təsərrüfatı mallarının Rusiya bazarlarına daxil olması arta bilər”, - deyə siyasətçi bildirib.
M. Əhmədoğlu bildirib ki, Ərdoğanın dediyi "MS-21” ( oğul mən bunu "S-400 ZRK” kimi eşitmişəm, ona görə imkan olsa dəyiş) təyyarələrinin alınması məsələsinə, bu açıqlama Amerikaya yönəlmiş bir mesajdır:
"Ərdoğan demək istəyir ki, biz Rusiya ilə istənilən vaxt hərbi əməkdaşlıq edə bilərik. Türkiyə NATO-nun üzvüdür. Bu səbəbdən də, Türkiyənin NATO-dan kənar dövlətlərə böyük büdcə ayırmağa ixtiyarı yoxdur. Eləcə də, Rusiya öz ən müasir texnika və silahını NATO dövlətinə verə bilməz. Çünki Türkiyədə hərbi hissələr var. Ora yeri gəlsə heç öz hərbçilərini buraxmırlar. NATO əməkdaşları istənilən halda girib həmin texnikanın quruluşunu öyrənə bilər. Ərdoğan sadəcə Amerikanı hərəkətə gətirmək istəyir ki, Türkiyə tərəfə baxınlar. Ərdoğan Rusiya ilə əməkdaşlıq adı ilə Amerikanı bir növ qorxudur”.