Ərdoğan: "Putinlə regional problemləri müzakirə edəcəyik" - YENİLƏNİB - FOTO

Ərdoğan:

16:23

"Bu gün Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında dostum Putinlə regional problemləri də müzakirə edəcəyik".
 Sfera.az Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kremldə Vladimir Putinlə keçirdiyi görüşdə bildirib. O deyib ki, VI Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasında ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, regional problemlərin həlli yolları da müzakirə olunacaq: "Regional problemlərin müzakirəsi Türkiyə və Rusiyanın regionda təsir gücünün artmasına yardımçı olacaq".
 
Türkiyə prezidenti  iki ölkə arasında "Türk axını" qaz kəməri və Akkuyu AES-nin tikintisi ilə bağlı qarşılıqlı fəaliyyətin inkişaf etdiyini vurğulayıb: "Bugünkü gündə iki ölkə arasında əməkdaşlığın əsas elementləri sənaye və energetikadır. Moskva və Ankaranın bu sahədəki qarşılıqlı fəaliyyəti və eləcə də bir sıra digər məsələlər danışıqlar zamanı müzakirə olunacaq". 

----------

15:37

Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, V.Putin qeyd edib ki, Rusiya və Türkiyə son vaxtlar dünyada, o cümlədən Suriyada böhranın aradan qaldırılması üçün fəal işləyirlər.

RF Prezidenti bildirib ki, iki ölkə arasında ticari-iqtisadi əlaqələr bərpa olunur.

R.T.Ərdoğan isə öz növbəsində deyib ki, Rusiya və Türkiyə arasında əməkdaşlığın əsas elementləri müdafiə sənayesi və energetikadır.


OXŞAR XƏBƏRLƏR