"Tanınmaz halda idi, ailəsi nişan üzüyündən tanıdı..."

"Bəlkə bu gün getməyəsiz? Hələ yaraları təzədir, sizi görüb daha da pis olarlar”.

Biz Sumqayıt Dövlət Universitetinə çatanda mühafizəçilərlə tanımadığımız bir şəxs arasında bu dioloq gedirdi. Sonradan bildik ki, həmin adam dünən qəzaya səbəb olan mikroavtobusun sürücüsünün qohumudur və ölən tələbələrin yas yerlərinin dəqiq ünvanını öyrənməyə gəlib. Sən demə, qəzadan sonra həbs olunan sürücünün ailəsi ölən tələbələrin yas mərasimlərinə getmək istəyir.

"Qafqazinfo” olaraq bizim universitetə getməyimizdə əsas məqsəd tələbələr haqda onların qrup yoldaşlarından, müəllimlərindən xoş xatirələr eşitmək olsa da, buna nail ola bilmədik. Təəssüf ki, söhbətləşə bildiyimiz yeganə şəxs elə bizi qarşılayan mühafizə xidmətinin rəhbəri Ədalət bəy oldu. O bildirdi ki, hazırda rektorluq, müəllim heyəti və tələbələr yas mərasimlərindədir.

Buna səbəb gətirən mühafizəçi bizim universitetə daxil olmağımıza da icazə olmadığını bildirdi. Əvəzində qısa da olsa onunla söhbətləşə bildik:

"Hər gün üzlərini gördüyümüz tələbələr idi. Çinarə həmişə gecikirdi. Gülə-gülə vəsiqəsini göstərib tez keçirdi. Qəzadan sonra bir neçə nəfər qəzaya düşənlərin telefon və çantalarını gətirmişdi. Hamısını sahibinə verdik. Bir telefon qalıb, onu da tez-tez elektrikə qoşuruq ki, sönməsin. Birdən sahibi narahat olar. Roza nişanlı idi. Oturacaqlar arasında qaldığı üçün tanınmaz hala düşüb. Ailəsi qızını elə o nişan üzüyündən tanıyıb”.

Sosial şəbəkələrdə hətta Rozanın atasının qızının ölüm xəbərini eşitdikdən sonra infarkt keçirdiyi deyilirdi. Ancaq universitetdən bildirdilər ki, bu, yanlış informasiyadır.

OXŞAR XƏBƏRLƏR

Prezident Ağdamda sakinlərlə görüşdü

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlər...

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...