“Cloudflare” istifadə edən bəzi saytlarda dayanma baş verib

"Cloudflare" istifadə edən bəzi saytlarda dayanma baş verib
Kateqoriya məlum deyil
T

 

Bu gün "Cloudflare"in qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə "Cloudflare"xidmətindən istifadə edən bir çox veb resurslarında müvəqqəti dayanma baş verib.

 

Sfera.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

 

Bildirilir ki, dayanmalara səbəb kimi "Cloudflar"in son günlərdə "Aisuru botnet" tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir. Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.

 

Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ