Cüdoçularımız 9 medalla qayıdırlar

Cüdoçularımız 9 medalla qayıdırlar
Kateqoriya məlum deyil
T
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Türkiyənin Antalya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.

Sfera.az apasport.az-a istinadən xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 5 medal yazdırıb.

Ölkəmizi təmsil edən Cəfər Əkbərli (90 kq) qızıl, Adil Kərimli (90 kq) və Məhəmməd Abdullayev (90+) gümüş, Günel Bəkirzadə (57 kq), Süleyman Yaqubov (90 kq) bürünc medal qazanıb.
 
Beləliklə yeniyetmələrdən ibarət milli komandamız Antalya turnirində 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olaraq komanda hesabında 2-ci yeri tutub.
 
Qeyd edək ki, Avropa kubokunda 18 ölkədən 362 idmançı (218 oğlan, 144 qız) mübarizə aparıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR