FHN generalının oğlu 002 nömrəli bahalı maşınlar sürür - FOTOLAR

FHN generalının oğlu 002 nömrəli bahalı maşınlar sürür -  FOTOLAR
Məmur övladının avtomobil kolleksiyası ilə bağlı daha bir məlumat yayıldı
Dünən istiqlal.az saytı "Azəryolservis" ASC-nin 71 saylı Yol İstismarı İdarəsinin sabiq rəisi, hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin məsul şəxslərindən olan Xaqani Kazımovun oğlu, Bakı şəhər Prokurorluğunda çalışan Vüsal Kazımovun bahalı avtomobillərdən ibarət kolleksiyası barədə məlumat yaymışdı. Saytı bildirir ki, bu avtomobillərin dəyəri bir neçə milyon manatlarla ölçülür. Ancaq V.Kazımov və atasının rəsmi maaşı 1000 manadan yuxarı deyil.
Qeyd edək ki, əslən Kəlbəcərdən olan X.Kazımov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun ən yaxın adamlarından biri sayılır. C.Qurbanov "Azəryolservis"-ə rəhbərlik edəndə X.Kazımov 71 saylı Yol İstismarı İdarəsinə rəis təyin edilir və bu idarə ən çox dövlət sifarişləri alan quruma çevrilir. C.Qurbanov «Azərbaycan Dəmir Yolları» QSC-yə sədr təyin edildikdən sonra isə onu özü ilə bərabər dəmiryol sisteminə transfer edir.
Vüsal Kazımovun maşınlarla birlikdə yayılan fotolarında onun yanında dayanan bir nəfər diqqət çəkir. Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, fotodakı eynəkli oğlan və «Mercedes» markalı, 10 OX 002 dövlət nömrə nişanl avtomobilin sahibi Fövqəladə Hallar Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin zabiti Rəşad Əliyevdir. Onun atası isə FHN-nin Yanğın Nəzarəti Xidmətinin rəisi, general-mayor İsrail Əliyevdir. Məlumata görə, İsrail Əliyev əvvəllər MTN-də, Dövlət Gömrük Komitəsində və BMT-nin Azərbaycan nümayandəliyində işləyib.
Onun oğlu Rəşad Əliyev geniş biznes şəbəkəsinə malik olmaqla yanaşı, həm də bahalı avtomobilləri və onların bahalı nömrələri ilə tanınır. Hazırda onun 002 seriyalı «BMW» «Galendegwagen» və «Mercedes» markalı digər avtomobilləri var. Bir müddət əvvəl bir uşağın karuseldən yıxılıb öldüyü və Bakı-Şamaxı yolunda yerləşən «Qobulənd» istirahət-əyləncə mərkəzinin də Rəşad Əliyevə məxsus olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...