Bakı sakininə qarşı 113 min dollarlıq dələduzluq edilib
Cəmiyyət
14:55 / 18.02.2017
606
Bakı sakininə qarşı 113 min dollarlıq dələduzluq edilib.
Sfera.az report-a istinadən xəbər verir ki, hadisə 2016-cı ilin noyabr ayında paytaxtın Nizami rayonunda qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü E.Məmmədəliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 1968-ci il təvəllüdlü S.Hüseynov onu aldadaraq iş qurmaq adı ilə 113 min ABŞ dolları pulunu alıb və indiyədək geri qaytarmayıb.
Faktla bağlı araşdırma aparılır.