Sürücülərdən kreslo tələbinin səbəbi bəlli oldu

Sürücülərdən kreslo tələbinin səbəbi bəlli oldu

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin sürücülərdən "avtokreslo" tələbinin səbəbi bəlli olub. Onsuz da qanunvericiliyin tələbi olan uşaqlar üçün ön oturacaqda xüsusi oturacaqdan istifadə etmənin xüsusi xəbərdarlıqla elan edilməsi media və sosial şəbəkələrdə müzakirələrə səbəb oldu. Əksəriyyət bunun hansısa biznes marağına görə edildiyini açıqladı.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni tələblər heç də "kreslo" satışına görə deyil.

Belə ki, bir neçə gün öncə Beynəlxalq Avtomobil Federasiyasının 3 əməkdaşı Bakıya təşrif buyurub. Onlar burada bir neçə gün monitorinq aparıblar, sonda isə Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə qapalı görüş keçirilib. Həmin görüşdə 2-si qadın, 1-i kişi olan nümayəndə heyəti DYP rəhbərliyinə monitorinqlərinin nəticəsi barədə məlumat verib və bu işlərin həlli üçün fkir mübadiləsi aparıblar. Nümayəndə heyəti son illərdə görülən müsbət işləri yüksək qiymətləndirsə də, görüşdə ən çox tənqid olunan sürücülərin kəmərdən düzgün istifadə etməməsi və ya ümumiyyətlə, istifadə etməməsi, həmçinin maşınlarda uşaqlar üçün xüsusi oturacaqların olmaması halları göstərilib.

 

Bundan sonra DYP rəhbərliyi bu problemin həll üçün çox tələbkar addımlar atmaq qərarı verib. Buna görə də şəhərdə bu hallara görə güzəşt edilməyəcəyi açıqlanıb. Bildirilir ki, beynəlxalq normalara görə də, 12 yaşdan aşağı uşaqların daşınması zamanı avtokreslolardan istifadə etmək tələbi məcburidir.


OXŞAR XƏBƏRLƏR

Prezident Ağdamda sakinlərlə görüşdü

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinə köçən sakinlər...

Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

Kürdəmirdə vəzifəli şəxs vəfat edib.   Sfera.az "Qafqazinfo"a istinadən xəbər verir ki, 62 saylı dairə seçki komissiyasının (DSK) sədr...

Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanıldı

Mayın 9-da ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera.a...

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...