Bakıda 6 min manata darvaza satılır - QİYMƏTLƏR (VİDEO)

Bakıda 6 min manata darvaza satılır - QİYMƏTLƏR (VİDEO)
Paytaxtdakı dəmir darvaza bazarında 500 manatdan 6 min manatadək darvaza tapmaq mümkündür. Bu məhsulların qiyməti isə onların modeli, üzərindəki naxışlar və hazırlandığı materialın keyfiyyətinə görə dəyişir.

Sfera.az "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, ucuzları 450-500 manat, bahalı olanları isə hətta 6 min manata satılır. Görüntülər paytaxtın Zabrat-Maştağa yolunun üzərindəki darvaza satış mağazalarındandır.

Bu darvazanın qiyməti isə nə az nə çox altı min manata yaxındır.

Mağaza sahibi məhsullarını köhnə qiymətlə satsa da, satışların nisbətən aşağı düşdüyünü deyir. Nisbətən bəzək-düzəyi az olan qapıların qiyməti isə digərləri ilə müqayisədə ucuzdur.

Alıcılar da qiymətlərin artdığını deyirlər.

Darvaza düzəldən sexlərin sahibləri bildirir ki, xammalı xaricdən gətirdiklərinə görə qiymətlərdə ona görə dəyişir.


OXŞAR XƏBƏRLƏR