Dünya Bankı Suriyaya yardımı bərpa edib

Dünya Bankı Suriyaya yardımı bərpa edib

Dünya Bankı Qətər və Səudiyyə Ərəbistanının Suriyanın maliyyə qurumuna olan təxminən 15,5 milyon dollarlıq borcunu qaytarmasından sonra Dəməşqə yardım proqramlarını bərpa edib.

 

Sfera.az xəbər verir ki, bu barədə Dünya Bankının mətbuat xidmətinin yaydığı sənəddə deyilir.

 

“Suriya Ərəb Respublikasının təqribən 15,5 milyon ABŞ dolları məbləğində borcu bağlanıb. Borcun silinməsi üçün ödəniş Səudiyyə Ərəbistanı Krallığı və Qətər Dövləti tərəfindən həyata keçirilib. Beləliklə, Dünya Bankının müvafiq əməliyyat siyasətlərinə uyğunluq şərti ilə ölkənin yeni əməliyyatlar üçün hüququ yenilənib”, - bəyanatda deyilir.

 

Birinci proqram ölkə sakinlərinin elektrik enerjisinə çıxışını təmin etmək məqsədi daşıyacaq və bank təcili ehtiyacları ödəmək, uzunmüddətli inkişafa sərmayə qoymaq üçün Suriya hökumətinə yardımın həcmini tədricən artırmağı planlaşdırır.

 

Xatırladaq ki, Qətər və Səudiyyə Ərəbistanı aprelin sonunda Suriyanın Dünya Bankına olan borcunu ödəmək öhdəliyini üzərinə götürüb. Mayın 8-də Suriyanın keçid hökumətinin maliyyə naziri Məhəmməd Yasir Barnie Qətərin üç ay ərzində əməkhaqqı fondu üçün Suriyaya ayda 29 milyon dollar ayıracağını və bu müddətin uzadılması ehtimalının olduğunu elan edib.


OXŞAR XƏBƏRLƏR

“Euronews” Bakıdakı konfransdan süjet hazırladı

“Euronews” telekanalı Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elm...

Zakir Həsənov hərbi hissələrdə olub - FOTO

Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissələri ziyarət edərək şəxsi heyətlə görüşüb.   Sfera.az xəbər verir ki, bu ba...

“ƏDV geri al”anların nəzərinə - Çətinlik yaşanacaq

Bu gün saat 10:00-dan 00:00-dək Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar qurumun rəsmi internet saytı və İnternet...

"Mançester Yunayted" bu oyunçunun transferinə 81 milyon dollar xərcləyəcək

İngiltərə təmsilçisi "Mançester Yunayted" "Brentford"un futbolçusu Brayan Mbeumonu transfer etmək üçün klubuna 60 milyon funt-sterlinq (81 m...

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Yağıntılar bəzi yerlərdə ...

"İsmayıl qurbanı mütləq heyvan olaraq alınmalır" – Qafqaz Müsəlmanları İdarəsi

Qurban kəsməyib, həmin heyvanın dəyərində məbləği yoxsullara, imkansızlara pul, ərzaq şəklində vermək olmaz.   Sfera.az xəbər verir ki, bunu Trend-ə ...