İstanbulda Rusiya-Ukrayna danışıqları başladı

İstanbulda Rusiya-Ukrayna danışıqları başladı

İstanbuldakı Dolmabağça prezident sarayında Rusiya-Ukrayna danışıqları başlayıb.
 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İclasda xarici işlər naziri Hakan Fidan da daxil olmaqla Türkiyənin nümayəndələri də iştirak edir. Danışıqlar başlamazdan əvvəl Rusiya və Ukrayna nümayəndə heyətlərinin üzvləri arasında əl sıxışma olmayıb. Jurnalistlər Türkiyə XİN rəhbərinin yalnız açılış nitqini dinləyiblər, daha sonra görüş mətbuatsız davam edib.


Dolmabağçada birbaşa Rusiya-Ukrayna danışıqlarının aparılacağı və salamlaşmadan sonra Türkiyə nümayəndəsinin onları tərk edəcəyi daha əvvəl bildirilmişdi. Rusiya nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski və Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov başçılıq edir.
Danışıqlar masasında Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın, Rusiya və Ukrayna nümayəndə heyətlərinin üzvləri də var.

 

Fidan Hacızadə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Çin və ABŞ razılaşa bilmir: "Onlar həmişə rəqib olaraq qalacaqlar"

İyunun 5-də ABŞ Prezidenti Donald Trampla Çin lideri Si Cinpin arasında telefon danışığı olub. Liderlər tarif sazişini və digər ticarət məsələlərini müzakirə ed...

“Euronews” Bakıdakı konfransdan süjet hazırladı

“Euronews” telekanalı Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elm...

Zakir Həsənov hərbi hissələrdə olub - FOTO

Qurban bayramı münasibətilə Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi hissələri ziyarət edərək şəxsi heyətlə görüşüb.   Sfera.az xəbər verir ki, bu ba...

“ƏDV geri al”anların nəzərinə - Çətinlik yaşanacaq

Bu gün saat 10:00-dan 00:00-dək Dövlət Vergi Xidmətinin Data Mərkəzində profilaktik tədbirlərin aparılması ilə əlaqədar qurumun rəsmi internet saytı və İnternet...

"Mançester Yunayted" bu oyunçunun transferinə 81 milyon dollar xərcləyəcək

İngiltərə təmsilçisi "Mançester Yunayted" "Brentford"un futbolçusu Brayan Mbeumonu transfer etmək üçün klubuna 60 milyon funt-sterlinq (81 m...

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin iyunun 7-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib. Yağıntılar bəzi yerlərdə ...