Bakıda sərnişinlər yollarda qalıblar - FOTO
10:27 / 01.02.2017
635
Bakıda müşahidə edilən intensiv qarlı hava şəraiti ictimai nəqliyyatın hərəkətində ləngimələrə səbəb olub.
Sfera.az report-a istinadən xəbər verir ki, "BakuBus" MMC-nin "Əhmədli" metro stansiyasından Mərkəzi Neftçilər Xəstəxanasına kimi hərəkət edən 21 saylı marşrut xəttində də geçikmə müşahidə edilir.
Şirkətin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev "Report"a bildirib ki, hava şəraiti ilə bağlı yolda yaranan tıxac və hərəkətin dayanması səhər saatlarında 21 saylı marşrut avtobuslarının intervallarında ləngimələrə səbəb olub.
"İntervallarda baş verən ləngimələr bizdən asılı olmayan səbəblərlə bağlıdır", - deyə M.Piriyev əlavə edib.