İstanbulda ardıcıl 3 güclü zəlzələ baş verib

Hadisə
14:25 / 23.04.2025
8372
Türkiyənin İstanbul şəhərində bir-birinin ardınca üç güclü zəlzələ baş verib.
Sfera.az xəbər verir ki, İstanbulun Silivri rayonu çevrəsində qeydə alınan ilk yeraltı təkan 3.9 bal gücündə olub. Daha sonra 4,4 bal gücündəl zəlzələ qeydə alınıb. Çox keçmədən 6,2 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlardan insanlar arasında yaranan təşvişlə əlaqədar şəhərin mobil rabitə sistemində ciddi pozuntular yaşanır.
Dağıntılar və itkilər barədə məlumat yoxdur.