"Avtomobillərin yanması bu növ müraciətlərin sayını artırıb" - Ekspert

"Avtomobillərin yanması bu növ müraciətlərin sayını artırıb" - Ekspert

Fövqəladə Hallar Nazirliyi (FHN) avtomobil sahiblərinə müraciət edərək yanğın təhlükəsinə qarşı diqqətli olmağa çağırıb. Nazirlik qeyd edib ki, son günlər avtomobillərdə yanğın hadisələri artıb. Belə ki, 2025-ci ilin ilk üç ayında avtomobil yanğınları ilə bağlı 108 müraciət daxil olub. FHN bildirir ki, bu, narahatedici və təhlükəli bir tendensiyanın göstəricisidir.


Avtomobil yanğınlarının sayının artması, sığorta şirkətlərinə olan müraciətlərin sayının artmasına da səbəb olub. 


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən sığorta eksperti Şahin İsmayılov bildirib ki, son aylarda avtomobil yanğınları ilə əlaqədar sığorta müraciətlərində artım müşahidə edilir. Ekspertin sözlərinə görə, baş verən hadisələrin əsas səbəblərindən biri ölkədəki avtomobil parkının köhnə olmasıdır.

 


“Azərbaycanın avtomobil parkı əsasən Avropa və Asiya ölkələrindən gətirilən ikinci və üçüncü əl avtomobillərdən ibarətdir. Hərçənd son illərdə 10 ildən artıq yaşı olan avtomobillərin idxalına qadağa qoyulub, bu, real dəyişikliklərə səbəb olmayıb. Hələ də 20 ildən çox istismarda olan avtomobillər çoxluq təşkil edir”, – deyə ekspert bildirib.


“Köhnə avtomobillərdə elektrik naqillərinin köhnəlməsi, yanacaq sistemində nasazlıqlar, qeyri-standart led işıqlar və keyfiyyətsiz radioavadanlıqların quraşdırılması, peşəkar olmayan müdaxilələr nəticəsində yanğın riski artır. Bu cür texniki nasazlıqlar böyük faciələrə səbəb ola bilər”, – Ş. İsmayılov əlavə edib.


Ekspertin sözlərinə görə, avtomobil yanğınlarının nəticələri yalnız avtomobil sahibinə deyil, ətraf mühitə, digər vətəndaşların və dövlətin əmlakına da ciddi ziyan vurur: "Bu məqamda sığorta mexanizmlərinin rolu ön plana çıxır. Avtomobillər iki növ sığorta ilə əhatə olunur: icbari və kasko sığorta. İcbari sığorta yalnız qarşı tərəfə dəymiş ziyanı ödəyir. Avtomobil sahibinin öz nəqliyyat vasitəsində baş verən yanğından doğan ziyanın qarşılanması yalnız kasko sığortası ilə mümkündür. Təəssüf ki, ölkə üzrə avtomobillərin cəmi 3-4%-i kasko sığorta ilə təmin olunub”.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

7 iyun – Ümumdünya Qida Təhlükəsizliyi Günüdür

Bu gün dünyada Ümumdünya Qida Təhlükəsizliyi Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, 2018-ci ildə BMT-nin Baş Assambleyasının qərarı ilə t...

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...