Bank kartlarından pul oğurlayan şəxslər TUTULDU

Bank kartlarından pul oğurlayan şəxslər TUTULDU

Sosial şəbəkədə saxta kredit elanı verərək bank kartlarını talayan şəxs saxlanılıb.

 

Sfera.az DİN-ə istinadən xəbər verir ki, Abşeron rayonunda bir nəfərin bank kartından oğurluq edilib. Belə ki, rayon sakini sosial şəbəkələrdə kredit vəd edən səhifələrin birinə müraciət ünvanlayaraq həmin səhifəyə bank kartı məlumatlarını göndərib. Həmin səhifə idarəçisi tərəfindən zərərçəkənin kartındakı 990 manat maddi vəsaiti talanıb.

 

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı K.Əmirahlı müəyyən olunaraq saxlanılıb.

 

Suraxanı rayonunda isə paytaxt sakininin bank kartından 4720 manatını oğurlayan 42 yaşlı R.Cəfərzadə də saxlanılıb.


Araşdırmalar aparılır.
 

"Bir daha qeyd edək ki, sosial şəbəkələrdə saxta kredit elanları ilə bağlı paylaşımlarla üzləşən vətəndaşlar maksimum dərəcədə ehtiyatlı olmalıdırlar. Sürətli və aşağı faizli kredit imkanı kimi başlıqlı elanlara, bankların adlarını və ya loqolarını təqlid edərək fişinq məqsədilə göndərilən mesajlara (keçidlərə) diqqət edilməlidir. Belə saxta və imitasiyalı məlumatlara etibar etməməyiniz tövsiyə olunur", - DİN-in məlumatında deyilir.


OXŞAR XƏBƏRLƏR

Ukrayna meyitlərin qəbulunu təxirə salıb: "Bu, gözlənilmədən baş verib"

İyunun 6-da Rusiya 6000-dən çox meyitin Ukraynaya təhvil verilməsi və yaralıların, ağır xəstələrin və əsirlərin dəyişdirilməsi kampaniyasını həyata keçirməyə ba...

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub

Ermənistanda parlament seçkilərinin vaxtı məlum olub.   Sfera.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə qanunverici orqanın sədri Alen...

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...