Yenə kütləvi ZƏHƏRLƏNMƏ – Şadlıq evlərindəki qidalara AQTA NƏZARƏT ETMİR?

Yenə kütləvi ZƏHƏRLƏNMƏ – Şadlıq evlərindəki qidalara AQTA NƏZARƏT ETMİR?

Tez-tez şadlıq saraylarında zəhərlənmə halları ilə bağlı məlumatlara rast gəlirik.
 

Ötən həftə paytaxtda daha bir şadlıq sarayında kütləvi zəhərlənmə faktı qeydə alınıb. Belə ki, paytaxtın Xətai rayonunda yerləşən “Venesiya” restoranında 50-dən çox şəxs zəhərlənib.

 

Onlardan 32 nəfər Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə yerləşdirilib. Zəhərlənənlərin hər biri tibbi müdaxilədən sonra evə buraxılıb.
 

Yuxarıda qeyd etdiyimiz kimi belə hallar tez-tez yaşanır. Həmçinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) restoran və kafelərdə mütəmadi monitorinqlər aparır.

 

Bəs bunlara necə nəzarət olunur ki, vaxtaşırı belə hadisələrin şahidi oluruq?
 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, bu məsələdə sifarişçilər də diqqətli olmalıdırlar:


“Şadlıq saraylarında tələb təklifi üstələyir. Şadlıq sarayı ilə razılığa gəlmiş insanlar birinci onun mətbəxinə girməlidirlər. Baxmalıdırlar ki, şadlıq sarayının mətbəxində dünəndən, çoxdan qalmış yeməklər saxlanılırsa, belə məkanlarla razışlaşmanı ləğv etməlidirlər. Ümumiyyətlə, restoranlardakı yeməklərin sonrakı taleyi naməlumdur”.

 

O hesab edir ki, bu sahədə AQTA-ya əlavə səlahiyyətlər verilməlidir:
 

“Azərbaycan Qida Təhlükəsizlik Agentliyinin əli-qolu bağlıdır, onlar qəfil yoxlama imkanlarına malik deyillər. AQTA-nın əsasnaməsində dəyişiklik olmalıdır, onlar cəld, istədikləri vaxt yoxlama aparmaq imkanlarına malik olmalıdırlar. Nazirlər Kabinetinin müqavilə forması təsdiq olunmalı və şadlıq evləri ilə sifarişçi arasında müqavilə imzalanmalı və orada bütün hallar göstərilməlidir. Yəni şadlıq evlərindəki zəhərlənmənin məsuliyyətini onların üzərində saxlayan müqavilələr olmalıdır. Nə qədər ki bunlar yoxdur, bu cür hallar davam edəcək”.


OXŞAR XƏBƏRLƏR

Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb

Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.   Sfera.az "Report"a istinadən xəbər verir ki, bunlar Biləsuvar rayon sak...

Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb – FOTO

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb.   Sfera.az xəbər verir ki, bu barədə “Report”un ...

Barmağına üzük taxılan müəllimə töhmət verildi - RƏSMİ

Sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümümtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılmas...

Maskdan geri ADDIM – Trampı pedofiliyada ittiham etdiyi paylaşımı SİLDİ

Milyarder İlon Mask “X” sosial şəbəkəsində ABŞ Prezidenti Donald Trampı pedofiliyada ittiham etdiyi paylaşımı silib.   Sfera.az Bizim.Med...

İlham Əliyev ilə Şahbaz Şərif arasında telefon danışığı olub

İyunun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı olu...

Mayora şəhid adı veriləcək - FOTO

Gəncə İnzibati Məhkəməsi 2008-ci ildə həyatını itirən mayor Abbasov Rövşən Akif oğluna şəhid adının verilməsi ilə bağlı Müdafiə Nazirliyi üzərinə öhdəlik qoyub....