Orduxan Teymurxan prokurorluğa çağırıldı

Orduxan Teymurxan prokurorluğa çağırıldı

Xaricdə yaşayan blogger Orduxan Bəbirov (Teymurxan) Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

 

Məlumatda qeyd edilib ki, təqsirləndirilən şəxs Bəbirov Orduxan Teymurxan oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 may 2025-ci il tarixdə, saat 12:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

 

Qeyd edək ki, Bəbirov Orduxan Teymurxan oğlu Azərbaycan Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 07 sentyabr 2020-ci il tarixli qərar qəbul edilibr. Həmin qərara əsasən, onun 19 aprel 2019-cu il tarixdən 07 avqust 2019-cu il tarixədək olan müddətdə qabaqcadan əlbir olduğu, o cümlədən qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə məhkum olunmuş şəxslərlə birlikdə “youtube” və “facebook” sosial media hesablarında yerləşdirdiyi videoçarxlarda Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına, Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə və bu cür məzmunlu materialları yaymasına əsaslı şübhələr müəyyən edilib. Bəbirov Orduxan Teymurxan oğlu istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 07 sentyabr 2020-ci il tarixli qərarla barəsində axtarış elan edilmiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR

Tramp İlon Maska xəbərdarlıq etdi

ABŞ prezidenti Donald Tramp bildirib ki, İlon Mask Respublikaçıların büdcə təklifinə qarşı çıxan Demokrat namizədləri maliyyələşdirməyə qərar verərsə, ciddi nət...

Rusiya Ukrayna sərhəddində 1 000-dən çox meyit qalıb

Rusiyanın Ukraynanın həftəsonuna planlaşdırılan əsir mübadiləsini təxirə salması və cəsədlərin vətənə qaytarılması ilə bağlı iddiaları doğru deyil.   ...

Almaniyada maşın izdihamın üzərinə sürüldü - Xəsarət alanlar var

Almaniyanın şərqindəki Passau şəhərində (Bavariya federal əyaləti) naməlum şəxs avtomobili izdihamın üzərinə sürüb.   Sfera.az xəbər verir ki, bu bar...

Çinlə ABŞ ticarət danışıqları keçirəcək - Görüş yeri açıqlandı

Çin Xalq Respublikasının Baş nazirinin müavini He Lifen Böyük Britaniyada səfərdə olacaq.   Sfera.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazir...

Azərbaycan millisi Gürcüstanı məğlub etdi

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa Gümüş Liqasında növbəti oyununu keçirib.   Sfera.az xəbər verir ki, yığma komanda İsveç...

Hava Limanı yolunda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb....