Zaqatalada zəncirvari qəza –ölən və yaralananlar var


Zaqatalada zəncirvari qəza –ölən və yaralananlar var

Zaqatala rayonunda üç avtomobilin iştirakı ilə zəncirvarı qəza baş verib. Yol-nəqliyyat hadisəsi Qax-Zaqatala avtomobil yolunun rayonun Muxax kəndindən keçən hissəsində qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, Muxax kəndi ərazisində “Niva”, “Mercedes” və “Ford” markalı inkassator maşınları toqquşub. Nəticədə “Niva”nın sürücüsü, Zaqatala rayonu Sabunçu kənd sakini 65 yaşlı Şəmsəddin Yunusov aldığı xəsarətlərdən ölüb. Qəza nəticəsində, həmçinin Zaqatala sakinləri 38 yaşlı Şəhla Məmmədova, azyaşlılar Murad və Məhəmməd Əliyevlər, 29 yaşlı Zümrüd Əhmədova, 29 yaşlı Şükür Allahverdiyev, 45 yaşlı Elşən Süleymanov və 47 yaşlı Səbuhi Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

 

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...