Yevlaxda 17 yaşlı oğlan ürəyindən bıçaqlandı


Yevlaxda 17 yaşlı oğlan ürəyindən bıçaqlandı

Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib, bir nəfər bıçaqlanıb.

 

Sfera.az xəbər verir ki, 2008-ci il təvəllüdlü Ayxan Quliyev mübahisə zəminində ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən hadisə yerində dünyasını dəyişib.

 

Daha bir nəfər, 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

 

Hadisənin təfərrüatları hələ məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR