Tramp fələstinlilərin Qəzzadan köçürülməsini istəyir, Yaxın Şərqlə bağlı plan nədir? - AÇIQLAMA

Tramp fələstinlilərin Qəzzadan köçürülməsini istəyir, Yaxın Şərqlə bağlı plan nədir? - AÇIQLAMA

ABŞ Prezidenti Donald Tramp Qəzza bölgəsində yaşayan fələstinlilərin Misir və İordaniyaya köçürülməsini istəyir. O, bu fikri İordaniya Kralı II Abdullahla telefon danışığı zamanı səsləndirib. Tramp qeyd edib ki, Qəzza artıq xarabalığa dönüb, orada salamat bina mövcud deyil, gələcəkdə İsrailin buranı yenidən bombalamayacağı barəsində də təminat yoxdur. 

 

Ağ Ev sahibinin Yaxın Şərqlə bağlı planları nədən ibarətdir?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, Qəzzanı boşaltmaqla bağlı ABŞ-nin tamam fərqli məqsədləri var:

 

“İsrail hava əməliyyatında uğur qazansa da, Qəzzada quru əməliyyatında eyni bacarığı göstərə bilmir. HƏMAS uzun müddətdir ki, bölgədə gizli tunellər yaradıb və bu, silahlıların əsas gizlənmə yerləri sayılır. Həmin tunellər olduqca və HƏMAS Qəzzada varlığını saxladıqca, İsrailə qarşı müqavimət davam edəcək. Buna görə də HƏMAS-ı bitirməyin ən asan yolu Qəzzanı sökməkdir. İkinci bir məsələ isə İsrailin bu bölgədə kütləvi şəkildə yəhudi yaşayış məskənləri salmaq siyasətidir. Tramp Misir və İordaniyaya təklif edir ki, Qəzzadakı fələstinli qaçqınlar qəbul edilsin və burada onlar üçün yeni yaşayış sahələri salınsın.  Bu isə faktiki olaraq fələstinliləri öz torpaqlarından məhrum etməkdir. Qəzza boşaldıqdan sonra İsrailin bura yerləşəcəyi də aydın məsələdir”.

 

Müsahibimiz qeyd etdi ki, Tramp müstəqil Fələstin dövlətinin yaranmasını da istəmir:

 

“Qəzza vilayəti Fələstin dövlətinin iddia etdiyi iki bölgədən biridir. Digəri isə hazırda Fələstin Muxtariyyətinin mərkəzi hökumətinin yerləşdiyi İordan çayının qərb sahilləridir. Çayın şərq sahillərində İsrail tərəfindən yəhudi yaşayış məskənləri salınıb və artıq ABŞ bu ərazini yəhudi torpağı kimi tanımağa çalışır. ABŞ-nin BMT-dəki nümayəndəliyindən verilən açıqlamada bildirilib ki, bu torpaqlar müqəddəs kitablarda İsrailə vəd edilib və buna görə də ona çatmalıdır. Donald Tramp ötən prezidentliyi dövründə Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımışdı. Bundan əvvəl də Netanyahu komandasından verilən açıqlamada   müstəqil Fələstin dövlətinin yaradılması yerinə İsrailin nəzarətində Fələstinə muxtariyyət verilməsi ideyası səsləndirildi. Qəzzanın Fələstinin nəzarətindən çıxırılması və insanların köçürülməsi də elə buna hesablanmış addımdır. 

 

Ancaq əsas məsələ budur ki, Misir və İordaniya Trampın təklifinə qarşı çıxır. İordaniya vəziyyəti onunla əsaslandırır ki, artıq 2 milyon fələstinliyə sığınacaq verib. Misir isə iqtisadi vəziyyətinin ağırlığını əsas gətirir. Qahirənin xarici borcu son illər xeyli artıb. Misir Prezidenti Əbdülfəttah Əl -Sisi Qırmızı dənizdə Misirə məxsus məskunlaşma olmayan iki adanın - Tiran və Sanafirin Səudiyyə Ərəbistanına verilməsi haqqında 2017-ci ildə imzalanmış müqaviləni təsdiqləyib. Ehtimal ki, adalar krallığa məhz maliyyə qarşısında verilib. İndi isə Misir xarici borclarının silinməsi şərti ilə yeni fələstinli qaçqınları ölkəsinə qəbul edə bilər. Qəzzanın boşaldılması mümkün olsa da,  prosses uzun müddətli və olduqca əziyyətli bir işdir”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR

Mehriban Əliyeva Mərakeş şahzadəsi ilə görüşdü - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və qızı Leyla Əliyeva mayın 5-də ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xanım Şahzadəsi...

Renka oğlu ilə bağlı suala əsəbiləşdi - efirdən GETDİ - VİDEO

Rəqqasə Rəna Ağamuradova ( Renka ) efirlərin birində qonaq olub.   Sfera.az xəbər verir ki, o, verilişdə əsəbiləşib özündən çıxıb.   ...

Karqo partlayışlarının arxasında bu ölkə durur - Gizli "agent"lərdən istifadə olunub

Avropada son aylarda bir neçə şəhərdə göndərilən karqo bağlamalarında partlayıcıların olması aşkarlanıb. Aparılan ilkin araşdırma bu partlayıcıların Rusiyanın G...

Bakıda odlu silahlarla tutulan həkim azadlığa buraxıldı

Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri olmuş Elnur Həsənov odlu silah və soyuq silah saxlamaq ittihamı ilə həbs edil...

"Skype" tarixə qovuşdu

Amerikalı texnologiya nəhəngi "Microsoft"un məşhur "Skype" tətbiqi bu gündən etibarən fəaliyyətini dayandırıb.   Sfera.az xəbər v...

Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Mayın 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki bu barədə Milli Hidrome...