Neymar: "Messi və Suarezlə oynamaq inanılmaz olardı"


Neymar: "Messi və Suarezlə oynamaq inanılmaz olardı"

Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasının braziliyalı hücumçusu Neymar Amerika “İnter Mayami”sində argentinalı Lionel Messi və uruqvaylı Luis Suareslə yenidən birləşmə ehtimalından danışıb.


Sfera.az xəbər verir ki, futbolçular "Barselona"da birlikdə çıxış ediblər.

“Əlbəttə, Messi və Suareslə yenidən birlikdə oynamaq inanılmaz olardı. Onlar mənim dostlarımdır. Bizim üçlüyü yenidən yaratmaq maraqlı olardı. “Əl Hilal”da da, Səudiyyə Ərəbistanında da xoşbəxtəm, amma kim bilir nə ola bilər. Futbol sürprizlərlə doludur. PSJ-dən ayrılacağım məlum olanda ABŞ-də transfer pəncərəsi bağlandı. MLS-ə keçmək şansım yox idi. Səudiyyə Ərəbistanının layihəsi çox yaxşı idi və ən yaxşı variant idi”, - deyə CNN Neymardan sitat gətirib.
 

Neymarın "Əl Hilal"la müqaviləsi 2025-ci ilin iyun ayınadək nəzərdə tutulub.

İnci


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Gerçəkləşməyən uşaqlıq arzusunu 85 il sonra həyata keçirdi

Yaponiyanın Osaka şəhərində keçirilən Ümumdünya Expo 2025 sərgisinin təşkilatçıları bir ziyarətçinin İkinci Dünya Müharibəsinin başlaması səbəbindən ləğv edilmi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...