Təyyarəmizə atəş əmrini verən rus komandirin adı MƏLUM OLDU

Təyyarəmizə atəş əmrini verən rus komandirin adı MƏLUM OLDU

Qroznı yaxınlığında AZAL-ın mülki təyyarəsi Rusiya ordusuna məxsus "Pantsir" hava hücumundan müdafiə sistemi tərəfindən iki raketlə vurulub.

 

Sfera.az musavat.com-a istinadla bildirir ki, məlumatı "ВЧК ОГПУ" teleqram kanalı yayıb. Hadisə ilə bağlı yayılan yeni detallar Rusiyanın hərbi koordinasiyasındakı ciddi problemləri üzə çıxarır.

 

Hadisə zamanı "Pantsir" sistemindən iki raket atılıb. Komandirin sözlərinə görə, ilk raket 08:13:30-da, ikinci raket isə 08:13:40-da buraxılıb. Raketlər 08:13:50 və 08:14:30-da partlayıb. Sonuncu partlayış mülki təyyarəyə dəyib. Raketlərin atılması əmrini isə Rostovdan Borisov adlı rus komandir verib.

 

Elektron müdafiə sistemi hər şeyi "kor" etdi

 

Hadisənin əsas səbəblərindən biri güclü elektron müdafiə sisteminin təsiri olub. Bu sistem mülki və hərbi texnikanın rabitəsini tamamilə pozaraq koordinasiyanı çətinləşdirib. Hətta "Pantsir" ekipajlarından biri təyyarənin mülki olduğunu görüb və atəş açmaqdan çəkinib. Lakin digər ekipaj elektron rabitə olmadan əmrə əsasən raketləri buraxıb.

 

Hərbiçiyə "Mülki təyyarəni drondan fərqləndirməyə çalışdınızmı?" sualı verilib. O isə yalnız əmr aldıqdan sonra atəş açdığını və təyyarənin lokatorda mülki obyekt kimi görünmədiyini bildirib.

 

Təyyarəyə yox, drona atəş açıldığı iddiası

 

Rusiya hərbi rəhbərliyi məsuliyyətdən yayınmaq üçün daha "əlverişli" bir versiyanı önə sürür. Onların iddiasına görə, raketlər drona atılıb, lakin onu vura bilməyib və AZAL təyyarəsinin yaxınlığında partlayıb. Buna baxmayaraq, hadisə yerində pilotsuz uçuş aparatına aid hər hansı qalıq tapılmayıb.

 

İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin də bu versiyanı dəstəkləyir və guya vurulmuş pilotsuz təyyarənin hissələrinin tapılmasını tələb edir. Lakin üç gündür davam edən axtarışlar heç bir nəticə verməyib.

 

Dispetçer və şahidlər nə deyir?

 

İstintaqın gedişatında müəyyən edilib ki, hava hücumundan müdafiə sistemlərinin komandirlərinə mülki təyyarələrin uçuş cədvəli təqdim edilməyib. Raketləri buraxan komandir, hədəfi duman səbəbindən vizual olaraq təsdiqləyə bilmədiyini və stasionar telefonla Rostova iki dəfə zəng etdiyini bildirib.

 

Bu arada, digər "Pantsir" sisteminin komandiri mülki təyyarəni vizual olaraq müşahidə edib və atəş açmayıb. Bu fakt, dispetçer məntəqəsindəki səs yazılarının dinlənilməsindən sonra ortaya çıxıb. Lakin həmin komandir elektron müdafiə sistemi səbəbindən digər ekipajla əlaqə saxlaya bilmədiyini bildirib.

 

Elektron müdafiə sistemini kim işə salıb?

 

Hadisənin ən diqqətçəkən detalı elektron müdafiə sisteminin təyyarə və hava hücumundan müdafiə sistemlərini "kor və kar" vəziyyətə salmasıdır. Hələlik bu sistemi kimin işə saldığı və əsas məqsədinin nə olduğu aydın deyil.

 

Baş verənlər bir daha göstərir ki, Rusiya ordusundakı koordinasiya və intizam çatışmazlığı mülki obyektlər üçün ciddi təhlükələr yaradır. İstintaqın nəticələri yaxın günlərdə daha çox aydınlıq gətirə bilər.


OXŞAR XƏBƏRLƏR

Hacı Salmana hökm oxundu

Abşeron Rayon Məhkəməsində yetkinlik yaşına çatmayan qıza qarşı əxlaqsız hərəkətlər etmiş ilahiyyatçı Hacı Salman Kamiloğlunun cinayət işi üzrə məhkəmə prosesi ...

Faciəvi qəzada ölən gənclərin FOTOSU

Mayın 3-də Oğuz rayonunda "Toyota" markalı avtomobilin ağaca çırpılması nəticəsində iki gənc ölüb.   Sfera.az unikal.az-a istinadən xəbər v...

İstilər bu ölümcül xəstəliyin yayılmasına səbəb olacaq - İddia

Mançester Universitetində aparılan yeni elmi araşdırma qlobal istiləşmənin insan sağlamlığı üçün daha bir ciddi təhlükə yaratdığını üzə çıxarıb. Alimlər bildiri...

"Ukrayna üçün hər şeyi edək" - AK sədri

Avropa İttifaqı (Aİ) Ukraynaya hərbi yardım göstərməyi davam etdirərsə, Rusiyanın enerji resurslarından tamamilə imtina edərsə və Kiyevin Aİ-yə üzvlük prosesini...

Türkiyə Pakistanı müdafiə etdi - Münaqişə bitəcəkmi?

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Pakistanın Baş nazirinin müavini və Xarici İşlər Naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı aparıb. Danışıq zaman...

Ailə başçısı qadın olanda xərclər artır - Müqayisə

Ev təsərrüfatlarının tədqiqi göstərir ki, Azərbaycanda ailə başçısı qadın olduqda adambaşına düşən istehlak xərcləri təxminən 4 faiz artır.  Sfera.az ...