Cahit Bağçı Azərbaycana başsağlığı verdi

Siyasət
14:07 / 25.12.2024
28436
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı təyyarə qəzası ilə bağlı başsağlığı verib.
Sfera.az-ın məlumatına görə, səfir bu barədə rəsmi “X” hesabında yazıb.
“Azərbaycan Hava Yollarına məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması ilə bağlı kədərimizi bölüşür və azərbaycanlı qardaşlarımıza başsağlığı verirəm. Allahdan həyatını itirən qardaşlarımıza rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralılara isə tezliklə şəfa diləyirəm”, - paylaşımda qeyd olunub.