Ərdoğan Azərbaycana başsağlığı verdi

Ərdoğan Azərbaycana başsağlığı verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana aid təyyarənin qəza xəbərini böyük bir üzüntü ilə öyrəndiyini bildirib.

 

Sfera.az-ın məlumatına görə, Türkiyə Prezidenti bu barədə Ak Parti TBMM Qrup toplantısında çıxışı zamanı deyib.

 

“Hər iki qardaş ölkəyə - Azərbaycan və Qazaxıstana millətimiz adına başsağlığı və keçmiş olsun diləklərimi ifadə edirəm”, - Prezident bildirib.

 

Qeyd edək ki, bu gün Bakı-Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Məlumata görə, 28 nəfər qəzadan sağ çıxıb.


OXŞAR XƏBƏRLƏR