"Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir" - Əli Əsədov

"Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir" - Əli Əsədov

Əhalisi ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edən D-8 İslam həmrəyliyində mühüm rol oynayır.

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə çıxışı zamanı deyib.

 

Onun sözlərinəı görə, dünyada İslamofobiya, ekstremizm və radikalizmin artdığı dövrdə, İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində təşkilatda səylərin birləşdirilməsi vacibdir.

 

"Azərbaycan tarix boyu Şərq ilə Qərb arasında körpü rolunu oynamış və İslam dünyasının mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olmuşdur. Ölkəmiz multikulturalizm, tolerantlıq mühitinin formalaşmasına, mədəniyyətlərarası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib", - Baş nazir qeyd edib.

 

Ə.Əsədov Suriyada Əsəd rejiminin süqutundan sonra bu ölkədə sülhün və sabitliyin bərpa olunmasının və vətəndaş qarşıdurmasına son qoyulmasının vacib olduğunu diqqətə çatdırıb:

 

"Azərbaycan Suriyanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha ifadə edir. Ümidvarıq ki, bütün məsələlər Suriya xalqının iradəsinə uyğun şəkildə və ölkədaxili siyasi dialoq vasitəsilə həll olunacaqdır.

 

Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasında öz dəstəyini əsirgəməyəcək. Bu istiqamətdə praktiki addımların atılması istiqamətində qardaş Türkiyə ilə yaxın təmasları davam etdiririk".


OXŞAR XƏBƏRLƏR

Maşınınızda bu aksesuarlar varsa, çıxarın - CƏRİMƏSİ VAR

Hətta sayrışan işıq görünüşlü salfet qutularına belə tələbat böyükdür.   Maraqlıdır, qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoakse...

Qurban Qurbanovun təbrik etmədiyi Bəhlul Mustafazadə “Qəbələ”yə keçir? – Klubdan AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Sabah”la oyundan sonra futbolçuları çempionluq münasibəti ilə təbrik edərkən Bəhlul Mustafaz...

Bakıda arvadı tərəfindən döyülən kişi xəstəxanalıq oldu

Bakının Nərimanov rayonu ərazisində kişi həyat yoldaşı tərəfindən döyülüb.   Sfera.az Oxu.az-a istinadla xəbər verir ki, hadisənin ailə münaqişə...

İmtahanların vaxı dəyişdi - DİM məlumat yaydı

İmtahan iştirakçılarının nəzərinə çatdırmaq istəyirik ki, Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 4-də və daha sonrakı tarixlərdə, eləcə də, iyun, iyul, avqust ...

İlham Əliyev yük maşınının sükanı arxasında – FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodu...

Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabat açıqlayıb

2019-cu ildən etibarən ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına dəstək olan Qırmızı Ürəklər Fondu 2025-ci ilin ilk rübü üzrə hesabatlarını təqdim edib....