Çinin kosmonavtları Yerə qayıdıb - FOTO

Çinin kosmonavtları Yerə qayıdıb - FOTO

Çin İnsanlı Kosmik Proqramı çərçivəsində kosmosa göndərilən “Şençjou-19” ekipajı Yerə uğurla qayıdıb. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, üç taikonavt, Cay Şüçı, Sonq Linqdunq və Vanq Haotszını daşıyan kapsul bu gün səhər saatlarında Daxili Monqolustan Muxtar Bölgəsində yerləşən Donfenq sahəsinə enib.


Çin İnsanlı Kosmik Proqramı Agentliyinin (CMSA) açıqlamasında bildirilib ki, taikonavtlar 7,5 saatlıq uçuşdan sonra Yerə çatıb. Kapsul orbit ətrafında 5 dövrə vurduqdan sonra uğurla eniş həyata keçirib.


Ekipaj 2024-cü il oktyabrın 30-da “Şençjou-19” kosmik gəmisi ilə fəzaya göndərilmiş və Tianqonq kosmik stansiyasında fəaliyyət göstərən 8-ci heyət olmuşdu. Onlar ötən həftə “Şençjou-20” ilə stansiyaya gələn yeni ekipaj – Çın Donq, Çın Conqrui və Vanq Tsieyə vəzifələrini təhvil verərək Yerə dönüş hazırlıqlarına başlamışdılar.
Qeyd edək ki, taikonavtların dönüşü ilkin olaraq dünənə planlaşdırılsa da, eniş bölgəsindəki əlverişsiz hava şəraiti səbəbilə bu günə təxirə salınmışdı.

 

Bəsti Rəfizadə
Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yeni dünya nizamı: geosiyasi aspektlәr və qlobal çağırışlar" mövzusunda keçirilən beynəlxalq konfr...

Arxeoloqların belə hələ də sirrini aça bilmədiyi yerlər - FOTO

Elm adamlarının və arxeoloqların yer üzündə həyata və bəşər tarixinə gəldikdə həmişə izahatları var. Lakin indiyə qədər nə alimlər, nə də tarixçilər bəzi sirli ...

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

İkinci Dünya Müharibəsi zamanı xarici məxfi agentlər tənha bir kottecdə yerləşdirilirdi. Agentlər nəzarət altında, mühafizə olunmurdular, lakin bəzən divarı yar...

KİV: İran İsrailə yeni raket zərbələri endirib

İranın Silahlı Qüvvələri İsrail ərazisinə ballistik raketlər atıb.   Sfera.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. ...

Abraham Linkolnun öldürülməsinin qarşısını ala bilmədiyi üçün ağlını itirdi - FOTO

Birlik ordusunun mayoru Henri Rathbone bütün həyatını günahkar hiss edərək keçirib. O, Abraham Linkolnun qatili Con Uilks Butun qarşısını ala bilmədiyi üçün ağl...

Nasistlərin illərlə işgəncə verib iki dəfə edam etdiyi admiralın dəhşətli hekayəsi

Nasistlərin ən nifrət etdiyi şeylərdən biri vətənə xəyanət idi. Bu səbəbdən Hitlerin sərt idarəçilik tərzinə qarşı çıxan admiral Kanaris ölümü dadsın deyə əvvəl...