Futbol meydanında qeyri-adi hadisə - Oyun yarımçıq dayandırıldı - VİDEO

Futbol meydanında qeyri-adi hadisə - Oyun yarımçıq dayandırıldı - VİDEO

Hindistan Super Kubokunun Inter Kaşi ilə Mumbai Siti komandaları arasında keçirilən qarşılaşması qeyri-adi hadisə ilə yadda qalıb. Oyunun gedişində top tribunaların yuxarı hissəsində yerləşən arı pətəyinə dəyib. Bu, arıların aqressivləşməsinə və ətrafdakılara hücum etməsinə səbəb olub.

 

Sfera.az "Haber Global"a istinadən xəbər verir ki, hakimlər, futbolçular və azarkeşlər arıların hücumundan qorunmağa çalışarkən stadionda qısa müddətli təlaş yaşanıb.

 

Hadisə nəticəsində oyun 15 dəqiqəlik məcburi fasilə ilə dayandırılıb.


Təhlükəsizlik tədbirləri görüldükdən və vəziyyət sakitləşdikdən sonra oyun yenidən bərpa olunub. Hadisə sosial mediada da geniş müzakirələrə səbəb olub.


Bəsti Rəfizadə
Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

Arxeoloqların belə hələ də sirrini aça bilmədiyi yerlər - FOTO

Elm adamlarının və arxeoloqların yer üzündə həyata və bəşər tarixinə gəldikdə həmişə izahatları var. Lakin indiyə qədər nə alimlər, nə də tarixçilər bəzi sirli ...

Hitlerin müttəfiqi gizlədilmişdi: Maraqlı tarixə malik kottec satılır

İkinci Dünya Müharibəsi zamanı xarici məxfi agentlər tənha bir kottecdə yerləşdirilirdi. Agentlər nəzarət altında, mühafizə olunmurdular, lakin bəzən divarı yar...

KİV: İran İsrailə yeni raket zərbələri endirib

İranın Silahlı Qüvvələri İsrail ərazisinə ballistik raketlər atıb.   Sfera.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. ...

Abraham Linkolnun öldürülməsinin qarşısını ala bilmədiyi üçün ağlını itirdi - FOTO

Birlik ordusunun mayoru Henri Rathbone bütün həyatını günahkar hiss edərək keçirib. O, Abraham Linkolnun qatili Con Uilks Butun qarşısını ala bilmədiyi üçün ağl...

Nasistlərin illərlə işgəncə verib iki dəfə edam etdiyi admiralın dəhşətli hekayəsi

Nasistlərin ən nifrət etdiyi şeylərdən biri vətənə xəyanət idi. Bu səbəbdən Hitlerin sərt idarəçilik tərzinə qarşı çıxan admiral Kanaris ölümü dadsın deyə əvvəl...

Netanyahu: "İki dəfə Trampı öldürmək istəyib"

İran bütün Qərbi təhdid edib və iki dəfə Trampı öldürmək istəyib.   Sfera.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu videomü...