Dövlət büdcəsindən Naxçıvana verilən dotasiya azaldılır - Səbəb nədir?

Dövlət büdcəsindən Naxçıvana verilən dotasiya azaldılır - Səbəb nədir?

2025-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisdə təsdiq olunub. Büdcə layihəsinin ilkin versiyasında gələn il büdcə xərclərinin 320,5 milyon manatının və yaxud 0,8 faizinin Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın payına düşməsi nəzərdə tutulub. Bu 2024-cü ilin təsdiq olunmuş proqnozla müqayisədə 4,8 faiz azdır. Qeyd edək ki, 2024-cü ildə dövlət büdcəsi xərclərinin 343,3 milyon manatı və yaxud 0,9 faizi Naxçıvan büdcəsinə verilən dotasiya kimi nəzərdə tutulub. Bu da 2023-cü illə müqayisədə 24,2 faiz azdır. Büdcə layihəsinin yekun sənədində isə dotasiya 34 milyon 816 min manat azaldılaraq 285 milyon 713 min manat nəzərdə tutulub.

 

Maraqlıdır, dövlət büdcəsindən Naxçıvana verilən pullar niyə azaldılır?

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, son sənəddə dövlət büdcəsindən Naxçıvana ödəniləcək dotasiyanın məbləğinin azaldılması iki səbəblə bağlıdır: 

 

“Bu səbəblər Naxçıvanda energetika və su ehtiyatları qurumlarının funksiyalarının mərkəzə ötürülməsi və ikinci istiqamət üzrə dotasiyanın dövlət büdcəsinin mərkəzləşdirilmiş xərcləri vasitəsilə yenə də Muxtar Respublikasının ərazisində irəli gələn tədbirlərin maliyyə təminatına sərf olunmasının nəzərdə tutulmasıdır. Bütövlükdə isə son illər dövlət büdcəsindən Naxçıvana dotasiya məbləğinin azaldılması bu bölgəmizdə aparılan struktur islahatları və daxili maliyyə mənbələrinin genişlənməsi ilə bağlıdır. Eyni zamanda, vəsaitlərin xərclənməsində səmərəliliyin və şəffaflığın gücləndirilməsi də dövlət büdcəsindən dotasiyaya tələbini azaldır. O baxımdan, bir tərəfdən Naxçıvan Muxtar Respublikasının öz daxili gəlirlərinin artması, digər tərəfdən dövlət büdcəsindən ayrılan, paralel olaraq yerli səviyyədə xərclənən vəsaitlərin istifadəsinə nəzarətin güclənməsi Naxçıvan dövlət büdcəsinin strukturunu dəyişib. Bu, son illər vəsaitlərdən istifadədə səmərəliliyin artması nəticəsində dotasiyaya tələbin azalmasında özünü göstərir”. 

 

Millət vəkili qeyd etdi ki, Muxtar Respublikanın iqtisadiyyatı daha da gücləndikcə dövlət büdcəsindən ödənilən dotasiyaların məbləğlərində azalmalar davam edəcək.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...