Azərbaycanda işıqforlar səsli olacaq

Azərbaycanda işıqforlar səsli olacaq

Azərbacanda əlillərin və sağlamlığı məhdud olan şəxslərin kütləvi toplaşdığı obyektlərin

 (tibb müəssisələri, reabilitasiya mərkəzləri, müvafiq cəmiyyətlər, həmçinin bu şəxslər üçün

 tikilmiş yaşayış binaları) yaxınlıqda olan piyada keçidlərində (kor piyadalara yolun hərəkət

 hissəsini keçməyin mümkünlüyünü bildirmək üçün) svetoforun işıq siqnallarına səs siqnalı

 da əlavə ediləcək.

Sfera.az bildirir ki, Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, yeni təsdiqlənən 

"Piyada zolağında hərəkətin svetoforla nizamlanması və avtomobil yollarında yerüstü və ya

 yeraltı keçidlərin tikilməsi vacib olan hallar"da öz əksini tapıb.

Yeni sənədə görə, nizamlanan yolayrıcındakı ümumi intensivlik yolayrıcından bir istiqamətdə 

çıxan, sağa və sola dönən nəqliyyat axınının sayı bir saat ərzində 120 avtomobildən, həmin 

istiqamətdəki axından keçən piyadaların hərəkət intensivliyi isə qeyd olunan muddətdə 600 

nəfərdən az olmadıqda, iş günlərində nəqliyyat vasitələrinin hərəkət intensivliyi hər iki istiqamətdə 

bir saat ərzində 600 avtomobildən (ayırıcı zolaq olan küçələr üçün bir saat ərzində 800 avtomobildən), 

piyadaların bir istiqamətdə hərəkət intensivliyi isə qeyd olunan müddətdə 150 nəfərdən az olmadıqda

 (bu halda svetoforun siqnallarında tək və ya çoxproqramlı (hərəkət intensivliyindən asılı olaraq svetofor 

siqnallarının yanma müddəti dəyişdirilən) rejim tətbiq olunmalıdır) piyada zolağında hərəkət svetoforla nizamlanmalıdır. Bununla yanaşı, hərəkətdə olan nəqliyyat vasitələrinin intensivlik həcmi bir saat ərzində

 600 avtomobildən (təhlükəsizlik adacığı (yolu keçən piyadaların dayanması üçün yolun hərəkət hissəsinin 

üzərində konstruktiv qoruyucu element kimi ayrılmış hissə) ayrılmış olduqda, bir saat ərzində 

800 avtomobildən) az olmamaq şərtilə bir istiqamətdə piyadaların hərəkət intensivliyi eyni vaxt ərzində

 50 nəfərdən (təhlükəsizlik adacığı olduqda eyni vaxtda 100 nəfərdən) az olmadıqda və epizodik

 xarakter daşıdıqda (gün ərzində çoxlu qəfil (sutkanın müəyyən saatları ərzində hərəkət intensivliyi 

kəskin çoxaldıqda və ya azaldıqda) dəyişikliklər olduqda) piyada zolağında hərəkət svetoforla nizamlanır. 

Bu halda çağırıcı qurğu (svetoforun qadağanedici siqnalı piyadalar tərəfindən svetoforun üzərində

 quraşdırılmış xüsusi düymə ilə idarə olunan) ilə işləyən svetoforlar tətbiq edilir.

Əhalisinin sayı 15 min nəfərdən az olan yaşayış məntəqələrində normalar (yuxarıda qeyd edilən hallar) 30% azaldılmalıdır.
Hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə hərəkət sürətinin azaldılması 

nəticəsində yolun buraxılma qabiliyyətinin azalmasına və nəqliyyat vasitələrinin hərəkətinin ləngimələrinə 

səbəb olan hallar, piyada axınının avtomobil yolu ilə kəsişməsinin eyni səviyyədə təşkili ərazinin

 relyef xüsusiyyətləri, görünmə məsafəsinin məhdud olması səbəbindən yol hərəkəti iştirakçılarının

 təhlükəsizliyinin təmin edilməsi mümkün olmadıqda avtomobil yollarında yerüstü və ya yeraltı 

keçidlərin tikilməsi vacib hesab edilir.


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...