Suriyada Rusiyanın hansı hərbi təyyarələri olub? - ADLAR

Suriyada Rusiyanın hansı hərbi təyyarələri olub? - ADLAR

Suriyada hakimiyyət dəyişikliyindən sonra Rusiya bu ölkədə olan hərbi vasitələrini xilas etməyə çalışır. Rəsmi məlumatlara əsasən, Rusiyanın bu ölkədə iki hərbi bazası var. Onlardan biri hərbi dəniz qüvvələrinə, digəri isə hərbi hava qüvvələrinə aiddir.

 

Sfera.az ukraynalı aviasiya eksperti Anatoli Xrapçinskinin açıqladığı məlumatlara istindan xəbər verir ki, Suriyadakı Rusiya aviabazasının inventarı olduqca böyük olub.

 

Onun məlumatına görə, Rusiya Suriya ərazisində "Su-34", "Tu-22M3", "Tu-160", "Su-30", "Su-29", "MiQ-29", "A-50", "İl-76", "İl-20" və bu kimi digər təyyarələri saxlayırdı. Bundan əlavə, Rusiya burada “X-101” qanadlı raketlərinə də sahib idi.

 

Xrapçinski qeyd edib ki, həmin bazada çoxlu sayda təyyarə yerləşirdi. Onun sözlərinə görə, təyyarələri qorumaq üçün bazada hava hücumundan müdafiə sistemləri də olub. Ekspert hesab edir ki, ruslar mümkün olduğu qədər daha çox döyüş vasitəsini hərbi bazalardan çıxarmağa çalışacaqlar.

 

Onun qənaətincə, Rusiya Bəşər Əsədin gedəcəyini öncədən bilib və zəruri tədbirlər də görüb: “Dekabrın 8-də Bəşər Əsədin ölkəni tərk etdiyinə dair məlumat yayıldı. Yəqin ki, Rusiya komandanlığı Əsədin ölkəni tərk edəcəyinə dair öncədən xəbərdar edilib. Çünki rus qoşunları bir neçə gün öncə Tartusdakı bazadan gəmiləri geri çəkib və silahları Xmeymimdən təyyarə ilə aparıblar. Rusiya anlayır ki, yeni hakimiyyətlə razılaşmasa Suriyadakı hərbi bazalarını itirə bilər”.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...