Bu nazir bananlardan qorxur - Yeni fobiya növü...

Bu nazir bananlardan qorxur - Yeni fobiya növü...

İsveçin gender bərabərliyi naziri Paulina Brandberq banandan qorxur. İsveç rəsmilərinə gender bərabərliyi nazirinin getdiyi yerlərdə banan olmaması tövsiyə olunur.

 

Sfera.az gender bərabərliyi naziri Paulina Brandberq banana qarşı güclü fobiyadan əziyyət çəkir. Buna görə də, hər hansı bir ziyarət və ya qəbul zamanı bu meyvələrin çıxarılması xahiş edilir.

 

Jurnalistlər xanım Brandberqin səfəri zamanı bütün bananların çıxarılmasının zəruriliyini göstərən bir neçə e-məktub əldə ediblər.

 

Nahardan əvvəl Norveç Ədliyyə Agentliyinə göndərilən elektron məktubda deyilir: 

 

"Paulina Brandberqin banana qarşı ciddi allergiyası var, ona görə də onun olduğu ərazilərdə banan olmasaydı, biz minnətdar olardıq".

 

Sorğunun cavabı təsdiq edilib.

 

Brandberqin komandasından mahalın inzibati şuralarından birinə göndərilən başqa bir elektron məktubda bananların binalara gətirilməməsi ifadə edilib.

 

Üçüncü məşhur məktub İsveç parlamentinin spikeri Andreas Norlenə ünvanlanıb. Onun ofisinin üzvlərindən xahiş olunub ki, xanım Brandberqin səfəri zamanı banandan əsər-əlamət qalmasın.

 

Nazirin özü jurnalistlərə verdiyi şərhdə həqiqətən bu meyvəyə bir növ allergiyası olduğunu bildirib. O əlavə edib ki, həkimlərdən peşəkar yardım alır.

 

Brandberq mətbuata açıqlamasında:

 

"Bunun bir növ allergiya olduğunu deyə bilərsiniz"-deyə bildirib.

 

Media həmçinin qeyd edib ki, nazir 2020-ci ildə “X” (Twitter) səhifəsində banan fobiyası ilə bağlı xəbərlər yayıldıqdan sonra silinmiş kimi görünən bir neçə paylaşımda banan fobiyası olduğunu etiraf edib.

 

Brandberq 11 sentyabr 2020-ci il tarixli bir yazısında:

 

 "Mənim bananafobiyam var" - deyə etitaf edib. 6 avqust 2020-ci il tarixli başqa bir yazısında o, bunun “dünyanın ən çılğın fobiyası" olduğunu bildirib.

 

Jurnalistlər qeyd edirlər ki, bananafobiya rəsmi olaraq xəstəlik kimi təsnif edilmir. Bununla belə, bildirilir ki, qida qorxusu Xəstəliklərin Beynəlxalq Təsnifatına uyğun olaraq spesifik, təcrid olunmuş fobiyalar kimi təsnif edilməlidir.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

43 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyunun 10-da dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı daha bir hərrac keçirəcək....

Növbəti iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.   Sfera.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti mayın 14-dən 15-i gün...

Türk aktrisa Londonda mühüm tədbirdən qovuldu - FOTO

Türkiyə əsilli televiziya ulduzu Ekin-Su Cülcüloğlu Londonda keçirilən BAFTA televiziya mükafatlandırma mərasimindən sonra rəsmi şam yeməyinə gizlicə daxil olma...

Fahriye Evcen 11 il sonra bunu etdi - FOTO

Ekranlardan bir müddət uzaq qalan məşhur aktrisa Fahriye Evcen sosial mediada nostaljik bir paylaşım ilə diqqətləri üzərinə çədib.   Sfera.az xə...

Magistratura imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq ...

Quruculuq işləri ilə erməni vandallığının izləri də Qarabağdan silinir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin doğum gününü  gözəl Qarabağımızda qeyd etdilər. Bərpa-quruculuq iş...