Qana Prezidenti COP29-da iştirak etmək üçün Azərbaycandadır -FOTO

Siyasət
22:38 / 10.11.2024
12657
Qana Respublikasının Prezidenti Nana Addo Dankua Akufo-Addo BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 10-da Azərbaycan Respublikasına səfərə gəlib.
Sfera.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Qana Prezidentini ədliyyə naziri Fərid Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.